
Yanvarın 14-də Ukraynanın Dnepropetrovsk vilayətinin Dnepr şəhərinin rayonlarından birinin Rusiya ordusu tərəfindən atəşə tutulması nəticəsində azı 9 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib.
"Artıq 9 ölü, onların arasında 15 yaşlı qız da var. 64 yaralı - 59-u xəstəxanaya yerləşdirilib, qalanları evlərində müalicə olunur. Rusiya raketi onlarla dneprli ailəni kədərləndirdi. Haqq-hesab vaxtı gələcək”, - Valentin Rezniçenko sosial şəbəkə hesabında yazıb.
Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində həyata keçirdiyi növbəti irimiqyaslı raket hücumu nəticəsində 5 nəfər ölüb, 40-a yaxın yaralı var.
"Report" bu barədə "UNİAN"a istinadən xəbər verir.
Dneprdə çoxmərtəbəli binaya düşən raket nəticəsində 39 yaralının olduğu məlumdur, onlardan yeddisi uşaqdır.
Bununla yanaşı, ərazidə 15 avtomobil yanıb, onlarla mənzilə ciddi ziyan dəyib.
Hadisə yerinə 230-dan çox xilasedici və 67 texnika cəlb olunub.
Rusiya hərbçiləri Ukraynanın Dnepr şəhərində növbəti irimiqyaslı raket hücumu həyata keçirib, yaralananlar var.
"Report" "UNİAN"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Məlumata görə, yaşayış binasının vurulması nəticəsində ikisi uşaq olmaqla 10 nəfər xəsarət alıb. Zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır.
Hazırda şəhər xidmətləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir.
Dnepr meri Boris Filatov bildirib ki, hücum nəticəsində elektrik enerjisinin verilişi tamamilə dayandırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.