
Bu gündən məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır.
AVESTA.AZ Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, 7 iyul saat 11:00-dan etibarən regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə elektron növbələrin yaradılmasına başlanılır.
Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr isə 9 iyul 2026-cı il saat 11:00-dan aktiv olacaq.
Növbələrin aktivləşmə vaxtı:
Qeyd edilib ki, bu il ilk dəfə olaraq qəbul prosesi "myGov"platforması üzərindən həyata keçiriləcək. Valideynlər (və ya qanuni nümayəndələr) qeyd olunan tarixlərdə "myGov" kabinetinə daxil olaraq "Xidmətlər" bölməsində Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətini seçməklə elektron müraciətlərini edə bilərlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.