
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dünən axşam saatlarında batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Hazırda 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.