
Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları gömrük nəzarəti zamanı tibbi ləvazimat və dərman preparatlarının qanunsuz yollarla ölkəyə gətirilməsinin qarşısını alıb.
Komitədən AVESTA.AZ-ə verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda iki ayrı fakt qeydə alınıb.
Aşkar olunan qanunsuz yüklər:
- Gömrük yoxlaması zamanı stasionar rentgen qurğusu vasitəsilə bir nəqliyyat vasitəsinin yük yerində bəyan edilməmiş 10 750 ədəd qan şəkərinin ölçülməsi üçün istifadə olunan test çubuğu aşkar edilib.
- Digər bir nəqliyyat vasitəsinin yoxlanışı zamanı isə gömrük bəyannaməsində göstərilməyən 55 ədəd "Zoladex 3.6 mg" adlı dərman preparatı müəyyən olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.