
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Şamaxinka adlanan ərazidə avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən "Chevrolet" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
***21:09
Paytaxtın Binəqədi rayonunda, Bakı-Sumqayıt şosesinin "Şamaxinka" tunelindən çıxış hissəsində avtomobildə yanğın baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, hadisə səbəbindən həm "Xırdalan" dairəsi, həm də metronun "20 Yanvar" stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.