
"Dünyaya gəldiyim ilk gündən etibarən ürəyimi atama əmanət etmişəm. Çünki ən gözəl, ən etibarlı baxan odur. Başqaları bu əmanəti incidə bilər. Bu həyatda hər kəsə etibar etmək olmur. Unutmaq olmaz ki, ürək insanın özünə deyil, ona Allah tərəfindən verilmiş bir əmanətdir. Allah onu sənə "Bunu sənə verirəm, ona yaxşı bax, onu gözəl qoru" deyə əmanət edib. Sən də bu əmanəti qarşındakına verəndə, o insan sənin ürəyinin qədrini öz ürəyi kimi bilməlidir".
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Zeynəb Həsəni aparıcı Kazım Sübhanın layihəsinə qonaq olarkən deyib.
Sənətçi bildirib ki, atasından başqa bir bəyə ürəyini əmanət edə bilməz.
Həsəni bildirib ki, insanlar tez və asan əldə edilən heçnəyin qədrini bilmir:
"Təəssüf ki, insanlar zəhmət çəkmədən, hazır verilən nələrinsə qədrini bilmirlər. Çünki o, onlara məxsus deyil. Onlar üçün ürək, qırılsa da "eybi yox, başqasını taparam" deyəcəkləri bir əşya kimidir. Mən isə fərqli düşünürəm: Nə üçün dəyərimi bilməyən birinə ürəyimi verim və sonra da onu bərpa etməyə çalışım?".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.