
Bakının Biləcəri qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, hadisə Əkbər Şadmanov küçəsində yerləşən Turan marketdə qeydə alınıb.
DİN-dən APA-ya faktı təsdiqləyiblər.
Bildirilib ki, Binəqədi rayonu ərazisində bir nəfərin kəsici alətlə xəsarət alması və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib. Hazırda onun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.