
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunev Estoniyanın Männiku şəhərində keçirilən "Lapua" Avropa Kubokunda növbəti uğuruna imza atıb.
BAKU.WS xəbər verir ki, təcrübəli idmançı 25 metr standart tapança növü üzrə yarışda 571 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.
Bu nəticə ilə Ruslan Lunev yarışın qalibi olub və Avropa Kubokunda növbəti dəfə qızıl medala sahib çıxıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.