
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyada "Vestri"nin qonağı olacaq "Qarabağ"a 100 bilet ayrılıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev bildirib.
O, iyulun 14-də, saat 16:00-da çarter reysi ilə birbaşa İslandiyaya yollanacaqlarını söyləyib::
"Matçdan bir gün əvvəl plana uyğun olaraq mətbuat konfransı və komandanın açıq məşqi keçiriləcək. Bizə 100 bilet ayrılıb. Komandanı nə qədər azarkeşin dəstəkləyəcəyini oyun zamanı biləcəyik".
Xatırladaq ki, "Vestri" - "Qarabağ" oyunu iyulun 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüş 1596 tamaşaçı tutumuna malik "Torfnesvöllur" stadionunda keçiriləcək.
Bakıdakı ilk oyunda "Qarabağ" üç cavabsız qolla qalib gəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.