Bu gün, 13:48 130

IV Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin diplomatiya uğurları RƏY

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada artıq ənənə halını almış Qlobal Media Forumunun keçirilməsi ölkəmizin açıq dialoqa, obyektiv informasiya mühitinin formalaşdırılmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin bariz ifadəsidir. Forumun ildən-ilə daha geniş iştirakçı coğrafiyasını əhatə etməsi, dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, ekspertləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirməsi onun beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir.

BAKU.WS xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

"Dövlətimizin başçısı bu dəfə də təkcə Azərbaycanın prinsipial mövqeyini ətraflı izah etmədi, həm də regionda və dünyada baş verən geosiyasi proseslərə dair dolğun təhlillər təqdim etdi. Prezident İlham Əliyev çıxışında Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, regional əməkdaşlıq perspektivləri, nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi, beynəlxalq hüququn aliliyi, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və medianın artan məsuliyyəti kimi mühüm məsələlərə toxundu. Dövlət başçısının cavabları bir daha nümayiş etdirdi ki, Azərbaycan regionda yaranmış yeni siyasi reallıqların müəllifi olmaqla yanaşı, onların gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas aktorlardan biridir. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər beynəlxalq media nümayəndələrinə ölkəmizin mövqeyini birbaşa mənbədən öyrənmək imkanı yaratdı və bir sıra məsələlərə dair mövcud suallara aydınlıq gətirdi. Bu isə informasiya manipulyasiyalarının və qərəzli yanaşmaların qarşısının alınması, Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya obyektiv şəkildə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır", - deyə deputat bildirib.

S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın yürütdüyü siyasətin hər zaman əməkdaşlığa yönəldiyini xüsusi vurğulayıb. Azərbaycan regionda dayanıqlı sülhün və iqtisadi inteqrasiyanın təmin olunması istiqamətində ardıcıl və konstruktiv siyasət yürüdür, münasibətlərin normallaşması üçün praktik addımlar atır.

Rusiyadan, Qazaxıstandan və digər ölkələrdən Ermənistana 40 mindən çox ton müxtəlif təyinatlı yük Azərbaycan ərazisindən maneəsiz şəkildə daşınıb. Bu fakt Azərbaycanın etibarlı tranzit ölkəsi statusunu və regionda əməkdaşlıq mühitinin formalaşdırılmasına verdiyi real töhfəni bir daha nümayiş etdirir. Ölkəmiz sülh gündəliyini yalnız siyasi bəyanatlarla deyil, konkret əməli addımlarla dəstəkləyir. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, beynəlxalq yükdaşımaların fasiləsiz təmin edilməsi və regionda iqtisadi əlaqələrin inkişafına yaradılan əlverişli şərait ölkəmizin konstruktiv mövqeyinin əyani göstəricisidir.

S.Salmanova vurğulayıb ki, Azərbaycan lideri İlham Əliyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən görüşdə region üçün əhəmiyyət kəsb edən bir sıra strateji məsələlərə toxunub: "Dövlətimizin başçısı çıxışında Zəngəzur dəhlizinin vacib layihə olduğuna diqqəti yönəldərək qeyd etdi ki, bu layihə Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək. Zəngəzur dəhlizi, eyni zamanda, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın genişlənməsinə, beynəlxalq yükdaşımaların sürətlənməsinə və regionun tranzit potensialının daha da güclənməsinə töhfə verəcək. Prezident İlham Əliyev çıxışında ötən ilin avqustun 8-də Ağ Evdə keçirilən tarixi görüşə də toxundu. Dövlətimizin başçısı həmin görüş zamanı ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə üçtərəfli bəyanat imzalandığını, eyni zamanda, hər iki ölkənin xarici işlər nazirlərinin sülh sazişini parafladıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Səsləndirilən bu fikirlər Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyini, regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş ardıcıl siyasətini və qarşılıqlı əməkdaşlığın inkişafına verdiyi önəmi bir daha nümayiş etdirir".

Deputat onu da söyləyib ki, Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumu çərçivəsində Azərbaycanın enerji siyasəti və Avropanın enerji təhlükəsizliyində artan rolu ilə bağlı mühüm açıqlamalar da verdi. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə təbii qaz tədarükünü genişləndirməklə bağlı danışıqlar aparır. Bu ilin əvvəlindən Avstriya və Almaniyaya qaz tədarükünə başlanılması Azərbaycanın Avropa bazarında mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edən strateji addımlardan biridir. Bu gün ölkəmiz etibarlı, proqnozlaşdırılan və məsuliyyətli enerji tərəfdaşı kimi beynəlxalq aləmdə böyük etimad qazanıb və bu etimad yeni əməkdaşlıq imkanlarının yaranmasına zəmin yaradır.

"IV Şuşa Qlobal Media Forumu bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan məsələlərin müzakirəsində fəal iştirak edən, dialoqu təşviq edən və etibarlı tərəfdaş kimi qəbul olunan dövlətdir. Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın sülhə, əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan siyasətinin ardıcıl şəkildə davam etdirildiyini nümayiş etdirdi. Şuşadan dünyaya ünvanlanan bu mesajlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə, Azərbaycan həqiqətlərinin qlobal informasiya məkanında daha geniş yayılmasına və beynəlxalq ictimaiyyətlə etimad münasibətlərinin dərinləşməsinə mühüm töhfə verir", - deyə deputat əlavə edib.

Paylaş

Xəbər lenti

Mahir Emreli İsrailin "Makkabi" klubunun təklifini rədd edib Bu gün, 14:50 AYNA: Sürücülər ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar Bu gün, 14:50 Suraxanıda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb Bu gün, 14:49 İlham Əliyevin media nümayəndələri ilə səmimi söhbəti Bu gün, 14:49 Ötən həftə 1 421, 8 hektar ərazi minalardan təmizlənib Bu gün, 14:48 İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib Bu gün, 14:48 Prezident İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub Bu gün, 13:48 Binəqədidə ödəmə terminalının oğurlanması anları videoya düşüb Bu gün, 13:48 Azərbaycanda bank kartının üçüncü şəxsə verilməsinə görə məsuliyyət tətbiq oluna bilər Bu gün, 13:48 Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir Bu gün, 13:48 Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir Bu gün, 13:48 IV Şuşa Qlobal Media Forumu: Prezident İlham Əliyevin diplomatiya uğurları RƏY Bu gün, 13:48 Mixail Qusman: Şuşa Qlobal Media Forumu media əməkdaşlığı üçün nadir platformadır Bu gün, 13:48 "Haber Global"ın Şuşadakı forumdan reportajı Bu gün, 13:48 Prezident İlham Əliyev Rusiya-Ukrayna müharibəsi barədə: Müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir Bu gün, 12:49 Bakıda piyada məsuliyyətsizliyi motosikletçinin qəzaya düşməsi ilə nəticələndi Bu gün, 12:49 Gömrük Məcəlləsi dəyişir : Hansı malların ölkəyə daxil olmasının qarşısı alınacaq? Bu gün, 12:49 Prezident: Cənubi Qafqazda vəziyyət kəskin şəkildə dəyişib Bu gün, 12:49 Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib Bu gün, 12:49 Azərbaycan Prezidenti: Cənubi Qafqaz geosiyasi qarşıdurma arenası kimi qəbul edilməməlidir Bu gün, 12:49 "ASAN xidmət"in yaradılmasından 14 il ötür Bu gün, 12:49 Prezident: Azərbaycanın regional məsələlərdə rolu artmaqdadır və bu, müsbət roldur Bu gün, 12:48 Prezident: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir Bu gün, 12:48 Prezident İlham Əliyev Azərbaycan–Yaponiya əlaqələrinin inkişaf potensialından danışıb Bu gün, 12:48 Azərbaycan Prezidenti: Orta Dəhliz boyunca yerləşən ölkələrlə çoxtərəfli əməkdaşlıq inkişaf etdirilir Bu gün, 12:48 Prezident: Mərkəzi Asiya və Azərbaycan vahid bir iqtisadi və siyasi məkanda birləşir Bu gün, 12:48 Azərbaycan Prezidenti: Pakistanın vasitəçilik səyləri onun beynəlxalq səviyyədə böyük hörmətə malik olduğunu göstərir Bu gün, 12:48 Prezident: Azərbaycan və Qazaxıstan Xəzərin hər iki sahilində yerləşən ölkələr olaraq çox fəal əməkdaşlıq edirlər Bu gün, 12:48 Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu Bu gün, 12:48 Azərbaycan Prezidenti: Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik Bu gün, 11:48 Prezident İlham Əliyev: Trampın gördüyü işlərlə ondan əvvəlki administrasiyaların fəaliyyəti arasında böyük fərq var Bu gün, 11:48 Prezident İlham Əliyev: Tramp sülhsevər və sülhü gətirə biləcək insandır Bu gün, 11:48 Bakıda avtobus sürücüsünün səhvi qəzaya səbəb olacaqdı - ANBAAN GÖRÜNTÜ Bu gün, 11:48 Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi vacib layihədir Bu gün, 11:48 İlham Əliyev Monteneqro Prezidentini Dövlətçilik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 Prezident: Bayden senator olanda Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuşdu Bu gün, 11:48 Azərbaycan Prezidenti: Bu gün bizim əsas gündəliyimiz Qarabağın bərpasıdır Bu gün, 11:48 Prezident İlham Əliyev: Bu gün bizim regionda təhdidlər kifayət qədər realdır Bu gün, 11:48 Prezident İlham Əliyev: Biz sərhədlərimizdə tezliklə sülhün bərqərar edilməsini istəyirik Bu gün, 11:48 Prezident İlham Əliyevdən qonşu ölkələrə çağırış: Məsuliyyətli olun, çalışın münasibətləri normallaşdırasınız Bu gün, 11:48 Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbulu başlayıb Bu gün, 11:48 Prezident: Bakı Təşəbbüs Qrupu ən səmərəli QHT-lərdən biridir ki, müstəmləkəçilik məsələsini qlobal gündəliyə daxil edib Bu gün, 11:48 Azərbaycan Prezidenti: Uzun illərdir ki, Fransanın dənizaşırı əraziləri siyasətindən əziyyət çəkir Bu gün, 11:48 Prezident: Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək Bu gün, 10:55 Azərbaycan Prezidenti: 907-ci düzəliş ABŞ Konqresinin Azərbaycana qarşı ədalətsiz bir addımı idi Bu gün, 10:49 Bakı-Quba-Rusiya Federasiyası yolunda yanacaqdaşıyan avtomobildə yanğın baş verib Bu gün, 10:49 Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərlənib Bu gün, 10:49 UEFA Avropa Liqası: İslandiyanın "Vestri" klubu "Qarabağ" üçün 100 bilet ayırıb Bu gün, 10:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR