Bu gün, 18:48 90

Biznesmenin dörd milyonunu ələ keçirən şəxslərin cəzası bəlli oldu

İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Bu iş üzrə 5 nəfər - tanınmış idmançı və federasiya rəhbəri Ceyhun Əşrəfov, dövlət qurumlarından birində sürücü işləmiş Seymur Məhərrəmov, onlarla əlbir olan Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanov mühakimə ediliblər. Onlardan yalnız sonuncu ikisi həbsdə idi.

Prokuror ittiham nitqində dəstə üzvlərinin hər birinin xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il 6 aydan 13 ilə kimi həbs edilmələrini tələb etmişdi.

Amma son iki həftədə təqsirləndirilən şəxslər zərərçəkmiş şəxsə dəymiş 4 milyon manatdan bir az artıq ziyanı tam ödəyiblər. Nəticədə Quvat Beybutovla barışıq əldə olunub.

Hakim Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə kollegiyası belə olan halda müttəhimlərin azadlıqdan məhrum edilmələri üçün əsas görməyib.

Hökmə əsasən, Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov və Zaur Qurbanova 3 il sınaq müddəti tətbiq olunmaqla şərti cəza verilib. Ceyhun Əşrəfov əlavə olaraq dövlət rüsumu ödədiyi üçün onun cinayət işinə xitam verilib (C.Əşrəfov barəsində başqa cinayət işi də başlanılıb. Həmin iş üzrə yaxında məhkəmə başlayacaq - red).

Bu vaxta kimi həbsdə olan Rüstəm Qafarov və Zaur Qurbanov isə məhkəmə zalından azadlığa buraxılıblar.

Qeyd edək ki, Seymur Məhərrəmov digər təqsirləndirilən şəxslərlə əlbir olaraq dələduzluq planı qurmaqda ittiham olunur. İttihama görə, qrup üzvləri tikinti şirkətinin rəhbəri Quvat Beybutova Nəsimi rayonunda 968-ci məhəllədə yerləşən fərdi yaşayış evlərinin sökülməsi və həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınacağını vəd ediblər.

Plana əsasən, bu məsələ Seymur Məhərrəmovun guya yüksək vəzifədə çalışan tanışı vasitəsilə həll ediləcəkmiş. Bunun qarşılığında zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 19 min manat pul alınıb.

Paylaş

Xəbər lenti

Yusif Vəliyev: "YayFest 2026 Azərbaycanın ən irimiqyaslı gənclər festivalıdır" Bu gün, 19:48 D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı keçirilib Bu gün, 19:48 İran Hörmüz boğazının idarəsinə ABŞ-nin müdaxiləsinə imkan verməyəcəyini bildirib Bu gün, 19:48 İran region ölkələrini təhdid etdi Bu gün, 19:48 Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir Bu gün, 19:48 Trampın İranla bağlı bəyanatlarından sonra neftin qiyməti 4 %-dən çox artıb Bu gün, 19:48 İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən sonra tədbir iştirakçıları ilə görüşüb Bu gün, 18:48 Kreditini Yelo-ya gətir, 2%-dək endirim qazan! Bu gün, 18:48 Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib Bu gün, 18:48 Azərbaycan iyunda "OPEC+" kvotasından gündəlik 95 min barel geri qalıb Bu gün, 18:48 Slovakiya Prezidenti Azərbaycana səfərini əməkdaşlığın inkişafı üçün imkan adlandırıb Bu gün, 18:48 Yusif Vəliyev: "YayFest 2026 Azərbaycanın ən irimiqyaslı gənclər layihəsidir" Bu gün, 18:48 Hikmət Hacıyev: Azərbaycan D-8-ə üzv olmasına çox önəm verir Bu gün, 18:48 Biznesmenin dörd milyonunu ələ keçirən şəxslərin cəzası bəlli oldu Bu gün, 18:48 IV Şuşa Qlobal Media Forumu qlobal əhəmiyyətli beynəlxalq platformaya çevrilib - RƏY Bu gün, 17:49 Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir Bu gün, 17:49 Azərbaycan Ordusunun hərbçisi vəfat etdi Bu gün, 17:48 Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb Bu gün, 17:48 Dünya çempionatının loqosu təsdiqlənib Bu gün, 17:48 Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ Bu gün, 17:48 "Diario La R": IV Şuşa Media Forumu - dünyanın aparıcı media hadisələrindən biridir Bu gün, 17:48 Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının baş katibi Yan Sanders ilə görüşüb Bu gün, 17:48 Xəzər dənizində balıq ehtiyatları üzrə elmi-tədqiqat ekspedisiyası keçirilir Bu gün, 17:48 Belarus səfiri regionun turizm potensialı ilə tanış olmaq üçün Qarabağa səfər edib Bu gün, 17:48 "Qarabağ"da gözlənilməz ayrılıq Bu gün, 16:48 Şamaxıda Yay Fest 2026-ya start verildi Bu gün, 16:48 "Qadın Dəstək Xətti"nə zənglərin sayı iki dəfə artıb Bu gün, 16:48 Media: Ərdoğan NATO sammitində Trampa xüsusi qızılı revolver hədiyyə edib Bu gün, 16:48 Oğuzda 28 yaşlı kişi evində ölü tapıldı Bu gün, 16:48 Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə görüşüb Bu gün, 16:48 Bakıda uşaqların əylənməsi üçün nəzərdə tutulan park onların həyatı üçün təhlükəli hal alıb Bu gün, 15:49 Rafael Ağayevə ağır itki üz verdi Bu gün, 15:49 Utilizasiyaya avtomobil verənlərin diqqətinə: Qəbul qiyməti dəyişə bilər Bu gün, 15:49 "Zirə"dən ayrılan Fuad Bayramov "Səbail"ə keçib Bu gün, 15:48 Bu ilin 6 ayı ərzində 166 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb Bu gün, 15:48 Bu gün və sabah geomaqnit qasırğası gözlənilir Bu gün, 15:48 "Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI Bu gün, 15:48 Sertifikatlaşdırma imtahanında hansı fənn üzrə ən yüksək nəticə qeydə alınıb? Bu gün, 15:48 Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib Bu gün, 15:48 Azərbaycanda dövlət qurumu ləğv edildi Bu gün, 15:48 6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir Bu gün, 15:48 Azərbaycan avarçəkəni Azər İlyasov Litvada gümüş medal qazanıb Bu gün, 15:48 Mahir Emreli İsrailin "Makkabi" klubunun təklifini rədd edib Bu gün, 14:50 AYNA: Sürücülər ehtiyat hissələri alanda ilk növbədə qiymətə baxırlar Bu gün, 14:50 Suraxanıda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb Bu gün, 14:49 İlham Əliyevin media nümayəndələri ilə səmimi söhbəti Bu gün, 14:49 Ötən həftə 1 421, 8 hektar ərazi minalardan təmizlənib Bu gün, 14:48 İlham Əliyevin sosial şəbəkə hesablarında IV Şuşa Qlobal Media Forumundan paylaşım edilib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR