Bu gün, 00:48 88

Bu gün general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasının növbəti ildönümüdür

Bu gün general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasının növbəti ildönümüdür.

BAKU.WS xəbər verir ki, onların hər ikisi hərbçi peşəsini özlərinə həyat yolu seçmişdi. Bu mənada onların bioqrafiyalarında da yaxınlıq, oxşarlıq var idi.

Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1976-cı ildə Həşimovlar ailəsi Sumqayıt şəhərinə köçüb və burada yaşamağa başlayıblar. P.Həşimov Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi olub.

İlqar Mirzəyev 1973-cü il Gürcüstanın Qardabani şəhərində anadan olub. Doğulduğu şəhərdə orta təhsil alandan sonra 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini, 2005-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirib. O, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun artilleriya rəisi vəzifəsində çalışıb.

2020-ci il iyulun 14-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutdu. Düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovniki İlqar Mirzəyev və həmçinin beş hərbi qulluqçu şəhid oldu. Ermənistanın hərbi birləşmələrinin hücumları nəticəsində rayonun Ağdam kənd sakini də həlak oldu.

Azərbaycan Silahlı Qüvvələrinin bu iki hərbçisi 2020-ci il iyulun 12-17-də baş verən Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olub.

Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunublar.

Bakıda, Sumqayıtda və Qəbələdə küçələrdən birinə Polad Həşimovun adı verilib. Bundan başqa, Türkiyənin Osmanqazi rayonunda Polad Həşimovun adını daşıyan park salınıb.

Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı Sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Onların şəhidliyi xalqımızın vətənpərvərlik duyğularının oyanmasında yeni bir dalğaya səbəb oldu. Gənclər, keçmiş döyüşçülər, vətənpərvərlik hissi ilə köklənən yeniyetmələr axın-axın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə üz tutaraq Vətən torpağının müdafiəsinə qalxmaq arzularını ifadə etdilər.

Tovuz döyüşləri, həmin döyüşlərdə bu iki yüksəkrütbəli hərbçinin şəhidlik zirvəsinə yüksəlməsi uzun illərdən bəri erməni qəsbkarlarının işğalı altında olan torpaqlarımızın azadlığı yolunda çox mühüm və həlledici amillərdən birinə çevrildi. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərin qisası alındı.

Paylaş

Xəbər lenti

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib Bu gün, 00:48 Bu gün general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olmasının növbəti ildönümüdür Bu gün, 00:48 Şuşa Qlobal Forumunun mesajı budur ki, həqiqət, dialoq, etimad davamlı sülhün əsas şərtləridir Dünən, 23:48 Sensasion İDDİA: İsrail kəşfiyyatı Əhmədinejadı məxfi əməkdaşlığa cəlb edibmiş Dünən, 23:48 ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi Dünən, 23:48 Təhlükəsizlik və şəffaflıq: NEWS.ru IV Şuşa Qlobal Media Forumu barədə Dünən, 23:48 BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək Dünən, 23:48 Bağça barədə narazılıq: "Uşaqlarımızın aqibəti necə olacaq?" Dünən, 22:48 Avropanın 10 ölkəsinin lideri Antiballistik Koalisiyanın yaradıldığını elan edib Dünən, 22:48 Milli Məclislə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Dünən, 22:48 "Neftçi" son yoxlama oyununda "Osiyek"ə uduzub Dünən, 22:48 DÇ-2026-dan kənarlaşdırılan niderlandlı hakim 38 yaşında öldü Dünən, 21:48 Kərim Vəliyev belaruslu həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib Dünən, 21:48 Bakının tikinti sektorunun təhlili: trendlər, problemlər və yeni standartlar — "Kristal"ın rəhbəri Mahayət Nəbiyevlə müsahibə Dünən, 21:48 İlham Əliyev: "Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır" Dünən, 21:48 Prezident İlham Əliyev Mir Şahin Ağayevin sualını cavablandırdı: "Mənim müraciətim yalnız Azərbaycan xalqına ola bilər" Dünən, 21:48 Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib Dünən, 21:48 Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndi və Xocalıda Dünən, 20:48 Zelenski Makronu "Azadlıq" ordeni ilə təltif edib Dünən, 20:48 Qazaxıstan mediası Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışından yazır Dünən, 20:48 Kallas: Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilməyib, lakin kompromisə yaxındır Dünən, 20:48 Yusif Vəliyev: "YayFest 2026 Azərbaycanın ən irimiqyaslı gənclər festivalıdır" Dünən, 19:48 D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı keçirilib Dünən, 19:48 İran Hörmüz boğazının idarəsinə ABŞ-nin müdaxiləsinə imkan verməyəcəyini bildirib Dünən, 19:48 İran region ölkələrini təhdid etdi Dünən, 19:48 Azərbaycan Prezidentinin IV Şuşa Qlobal Media Forumundakı çıxışı Türkiyə mediasının diqqət mərkəzindədir Dünən, 19:48 Trampın İranla bağlı bəyanatlarından sonra neftin qiyməti 4 %-dən çox artıb Dünən, 19:48 İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindən sonra tədbir iştirakçıları ilə görüşüb Dünən, 18:48 Kreditini Yelo-ya gətir, 2%-dək endirim qazan! Dünən, 18:48 Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib Dünən, 18:48 Azərbaycan iyunda "OPEC+" kvotasından gündəlik 95 min barel geri qalıb Dünən, 18:48 Slovakiya Prezidenti Azərbaycana səfərini əməkdaşlığın inkişafı üçün imkan adlandırıb Dünən, 18:48 Yusif Vəliyev: "YayFest 2026 Azərbaycanın ən irimiqyaslı gənclər layihəsidir" Dünən, 18:48 Hikmət Hacıyev: Azərbaycan D-8-ə üzv olmasına çox önəm verir Dünən, 18:48 Biznesmenin dörd milyonunu ələ keçirən şəxslərin cəzası bəlli oldu Dünən, 18:48 IV Şuşa Qlobal Media Forumu qlobal əhəmiyyətli beynəlxalq platformaya çevrilib - RƏY Dünən, 17:49 Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir Dünən, 17:49 Azərbaycan Ordusunun hərbçisi vəfat etdi Dünən, 17:48 Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb Dünən, 17:48 Dünya çempionatının loqosu təsdiqlənib Dünən, 17:48 Nazir polkovnik-leytenantı RƏİS TƏYİN ETDİ Dünən, 17:48 "Diario La R": IV Şuşa Media Forumu - dünyanın aparıcı media hadisələrindən biridir Dünən, 17:48 Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının baş katibi Yan Sanders ilə görüşüb Dünən, 17:48 Xəzər dənizində balıq ehtiyatları üzrə elmi-tədqiqat ekspedisiyası keçirilir Dünən, 17:48 Belarus səfiri regionun turizm potensialı ilə tanış olmaq üçün Qarabağa səfər edib Dünən, 17:48 "Qarabağ"da gözlənilməz ayrılıq Dünən, 16:48 Şamaxıda Yay Fest 2026-ya start verildi Dünən, 16:48 "Qadın Dəstək Xətti"nə zənglərin sayı iki dəfə artıb Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR