
Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ-in əldə etdiyi məlumata görə, hadisə Qudyalçay üzərindəki körpünün üstündə qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı minik avtomobili idarəetmədən çıxaraq çaya aşıb.
Hadisə yerindən lentə alınan görüntülərdə avtomobilin tərsinə çevrilmiş vəziyyətdə çayın yatağında qaldığı, əraziyə çoxsaylı şəxslərin toplandığı görünür.
Qəza nəticəsində avtomobilin sürücüsü ağır bədən xəsarətləri alıb. O, hadisə yerindən təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Məlumata görə, sürücünün vəziyyəti ağır qiymətləndirilir və o, hazırda reanimasiya şöbəsində həkimlərin nəzarəti altındadır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.