
Şəkidə biçilmiş taxıl sahəsində yanğın baş verib.
Bu barədə AVESTA.AZ-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə Şorsu kəndi ərazisində qeydə alınıb.
"Şəki şəhəri, Şorsu kəndində biçilmiş taxıl sahəsində baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən genişlənərək daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb", - deyə məlumatda vurğulanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.