14-07-2026, 11:48 444

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur

Azərbaycanda bəzi dövlət qurumlarının qarşısında yeni tələblər qoyulur.

BAKU.WS xəbər verir ki, bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihədə qeyd olunur ki, ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri, eləcə də Azərbaycan Mərkəzi Bankı (AMB) istisna olmaqla, dövlət qurumları tərəfindən hər növbəti il ərzində həyata keçirilməsi nəzərdə tutulan rəqəmsal inkişaf üzrə layihələrə dair təkliflər, tələb olunan maliyyə vəsaitinin məbləği və maliyyələşdirmə mənbəyi qeyd edilməklə, cari il yanvarın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan həmin təkliflərə iki ay müddətində baxaraq texniki və səmərəlilik baxımından məqsədəuyğunluq haqqında rəyini aidiyyəti dövlət qurumuna təqdim edəcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan dövlət investisiyası çərçivəsində həyata keçirilən rəqəmsal inkişaf üzrə layihələrə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alacaq. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum rəy alınması üçün müraciətə 14 iş günü müddətində baxmalı və cavablandırmalıdır. Bu müddət ərzində müraciət cavablandırılmadıqda, rəy müsbət hesab olunur.

Dövlət proqramlarında, strategiyalarda, milli fəaliyyət planlarında, konsepsiyalarda və bu kimi digər sənədlərdə nəzərdə tutulan strateji hədəflərə və məqsədlərə, ölkənin rəqəmsal inkişaf üzrə vahid arxitekturasına uyğun olmayan, dövlət investisiyası çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulmayan, habelə təkrar (dublikat) layihələrə müsbət rəy verilmir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan özünün və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun müsbət rəy verdiyi layihələrə dair sənədləri həmin rəylə birlikdə cari il aprelin 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan qeyd edilən sənədləri aldığı vaxtdan iki ay müddətində maliyyə ekspertizasını apararaq rəyini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma və aidiyyəti dövlət orqanına təqdim edir.

Rəylər müsbət olduqda aidiyyəti dövlət orqanı rəqəmsal inkişaf üzrə layihələrin maliyyələşdirilməsi üzrə təkliflərini "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq cari il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma təqdim edir.

Nəzərdə tutulan layihələrin maliyyələşdirilməsi üçün vəsaitin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən aidiyyəti dövlət qurumuna hər bir layihə üzrə ayrılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla razılaşdırılmaqla həyata keçirilir.

Bununla yanaşı, ölkədəki kritik sistemlər üzrə kiberhücumlar və kibertəhdidlər haqqında məlumatların mərkəzləşdirilməsi də layihədə qeyd olunub.

Belə ki, informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı fəaliyyətin koordinasiyası (kritik informasiya infrastrukturu, dövlət orqanlarına (qurumlarına) məxsus, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin informasiya infrastrukturu, Azərbaycan Mərkəzi Bankı və maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlər, eləcə də onlarla bağlı aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılmış CERT-lərlə bağlı yalnız kibertəhdid, kiberhücum və kiberinsidentlər üzrə məlumat mübadiləsi) Milli CERT (Milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzi) tərəfindən həyata keçirilir. Milli CERT kritik informasiya infrastrukturu obyektlərinin kibertəhlükəsizliyinə münasibətdə məlumat mübadiləsini səlahiyyətli orqan vasitəsilə həyata keçirir.

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə məxsus olan informasiya infrastrukturunun informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyi həmin orqanlar tərəfindən təmin olunur. Bu orqanların informasiya infrastrukturunun informasiya təhlükəsizliyinə və kibertəhlükəsizliyinə qarşı mövcud və yarana biləcək kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlər, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən tədbirlər barədə məlumatlar açıqlanmır və digər dövlət orqanları (qurumları), o cümlədən Milli CERT-lə və Milli SOC-la mübadilə edilmir.

Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə məxsus olan informasiya infrastrukturunun informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları həmin orqanların normativ hüquqi aktları ilə müəyyən edilir.

Layihədə o da qeyd olunub ki, domeni "az" olan saytlar Milli CERT-in kibertəhlükəsizlik göstərişlərini yerinə yetirmədikdə onların domeninin ləğvi və ya fəaliyyətinin dayandırılması nəzərdə tutulur.

Sənədə əsasən, informasiya infrastrukturunun kibertəhlükəsizliyi informasiya infrastrukturu subyekti tərəfindən informasiya infrastrukturu obyektinin kibertəhlükəsizliyində zəifliklərin, boşluqların və digər uyğunsuzluqların aşkar olunması məqsədilə risklərin qiymətləndirilməsi, təhlükəsizlik auditlərinin keçirilməsi və onların nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin görülməsi yolu ilə təmin ediləcək.

İnformasiya infrastrukturu subyektinin müraciəti əsasında kibertəhlükəsizlik və proaktiv kibertəhlükəsizlik tədqiqatı üzrə xidmətlər Milli CERT tərəfindən ödənişli əsaslarla həyata keçirilir.

Ödənişin məbləği tərəflər arasında bağlanılan müqavilə əsasında müəyyən edilir.

Domen adı "az" ("gov.az" istisna olmaqla) ölkə kodlu yüksəksəviyyəli domen zonasında yerləşən internet informasiya ehtiyatlarının sahibləri tərəfindən Milli CERT-in kibertəhlükəsizliyin təmin edilməsi (kibertəhdidlər, kiberhücumlar və kiberinsidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması) ilə əlaqədar göstərişlərinin yerinə yetirilməməsi domen adının "az" ölkə kodlu yüksəksəviyyəli domen zonasında olan qeydiyyatının xitamı, domen adına texniki xidmətin dayandırılması üçün əsasdır. Bu halda Milli CERT domen adının qeydiyyatını aparan orqandan domen adının qeydiyyatına xitam verilməsini, ona texniki xidmətin dayandırılmasını (o cümlədən məhkəmə qaydasında) tələb edə, maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərə münasibətdə isə həmin tədbirlərin görülməsi üçün Azərbaycan Mərkəzi Bankına müraciət edir.

Layihə müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunub.

Paylaş

Xəbər lenti

Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR