
SOCAR-ın Rumıniyadakı törəmə şirkəti ölkədəki fəaliyyətini genişləndirərək iki yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bununla da şirkətin Rumıniyadakı yanacaqdoldurma şəbəkəsinin sayı 94-ə çatıb.
Hər iki obyekt müasir xidmət infrastrukturu ilə təchiz olunub və avtomobil sürücülərinə yanacaqla yanaşı, müxtəlif əlavə xidmətlər də təqdim edir.
Yeni yanacaqdoldurma məntəqələrinin açılması SOCAR-ın Rumıniyada fəaliyyətinin genişləndirilməsi strategiyasının növbəti mərhələsidir. Şirkət ölkənin müxtəlif bölgələrində şəbəkəsini genişləndirərək istehlakçılar üçün xidmətlərin əlçatanlığını artırmağı hədəfləyir.
SOCAR Rumıniya bazarında fəaliyyətə başladığı vaxtdan etibarən 900-dən artıq yeni iş yeri yaradıb. Şirkətin yanacaqdoldurma şəbəkəsi hazırda Rumıniyanın 31 inzibati ərazi vahidini əhatə edir.
SOCAR Rumıniyada fəaliyyətini ardıcıl şəkildə genişləndirərək ölkənin aparıcı yanacaq pərakəndə satış şəbəkələrindən birinə çevrilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.