
“Rusiya Ukraynaya qarşı müharibəni dərhal dayandırmalı və qoşunlarını ölkə ərazisindən çıxarmalıdır”.
“Report” “RBC-Ukraine” agentliyinə istinadən xəbər verir ki, bunu ATƏT sədri Buyar Osmani Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında bildirib.
“ATƏT sədri kimi buradayam və Rusiyanı bu müharibəni dayandırmağa, hərbi qüvvələrini və qoşunlarını Ukraynadan çıxarmağa, həmçinin ATƏT-in dəyər və prinsiplərinə sədaqət göstərməyə və diplomatik yola qayıtmağa çağırıram”, - o vurğulayıb.
Bundan başqa, B.Osmani Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünü, o cümlədən Dneprdə yaşayış binasına bu yaxınlarda raket hücumunu qınayıb.
O qeyd edib ki, Ukrayna ilə bağlı məsələ Şimali Makedoniyanın ATƏT-də sədrliyi dövründə əsas prioritet olaraq qalacaq: “Ukraynanı qətiyyətlə dəstəkləyəcəyik və bu yoldan dönməyəcəyik. Baş verənləri qəbul etməyəcəyik. Əvəzində sülhü bərpa etmək və prinsiplərimizə və öhdəliklərimizə hörmət etmək üçün ATƏT-in bütün vasitələrindən istifadə edəcəyik”.
Xatırladaq ki, ATƏT-in sədri Buyar Osmani yanvarın 16-da Ukraynaya rəsmi səfərə gedib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.