Bu gün, 10:48 65

Azərbaycan ilə

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında "Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru - dayanıqlı şəhər inkişafı üçün inteqrəolunmuş ərazi planlaşdırması" layihəsi üzrə Töhfə Sazişi imzalanıb.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, sənədi Komitə sədri Anar Quliyev və "UN-Habitat"ın icraçı direktoru Anaklaudiya Rossbax imzalayıblar.

Saziş Azərbaycan ilə "UN-Habitat" arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyur. Bununla "UN-Habitat" Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin layihələndirilməsi prosesində birbaşa iştirak edəcək. Bu əməkdaşlıq Böyük Qayıdışa dair II Dövlət Proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlər üçün daha dayanıqlı və insanmərkəzli yaşayış mühitinin formalaşdırılmasına töhfə verəcək.

Saziş çərçivəsində "UN-Habitat"ın beynəlxalq ekspertləri azərbaycanlı mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Quycaq və Kəlbəcər rayonunun Mollabayramlı kəndləri üzrə ərazi planlaşdırılması sənədlərini birgə hazırlayacaqlar. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı yaşayış məntəqələrinin layihələndirilməsi üzrə müasir yanaşmalar beynəlxalq peşəkar təşkilatların tövsiyələri nəzərə alınmaqla təkmilləşdiriləcək.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri də milli insan kapitalının və institusional potensialın gücləndirilməsidir. Bu məqsədlə beynəlxalq ekspertlərin iştirakı ilə şəhərsalma, ərazi planlaşdırılması və dayanıqlı inkişaf sahələrində fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər üçün təlimlər və praktiki seminarlar təşkil olunacaq. Bu isə qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, yerli mütəxəssislərin bilik və bacarıqlarının, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətində uzunmüddətli milli ekspert potensialının artırılmasına imkan yaradacaq.

İmzalanma mərasimindən əvvəl Anar Quliyev və Anaklaudiya Rossbax arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan ilə "UN-Habitat" arasında şəhərsalma, məkan planlaşdırılması, dayanıqlı urbanizasiya və iqlim dəyişikliklərinə davamlı şəhərlərin inkişafı sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Tərəflər, həmçinin cari ilin may ayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və COP29 çərçivəsində irəli sürülmüş şəhərsalma təşəbbüslərinin nəticələrini nəzərdən keçirərək, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Anaklaudiya Rossbax WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu, tədbirin BMT sistemi və beynəlxalq iştirakçılar tərəfindən yüksək qiymətləndirildiyini, qlobal gündəmlə yerli prioritetləri uğurla bir araya gətirdiyini bildirib. Anar Quliyev isə forum çərçivəsində formalaşmış əməkdaşlığın yeni birgə layihələr üçün əlverişli zəmin yaratdığını, imzalanan sazişin Şərqi Zəngəzur iqtisadi rayonunda dayanıqlı, ağıllı və inklüziv yaşayış məskənlərinin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.

Görüşdə iyulun 16-da BMT Baş Assambleyasında başlayacaq Yeni Şəhər Gündəliyinin icrasının aralıq icmalına həsr olunan yüksəksəviyyəli toplantıya hazırlıq da müzakirə olunub. Anaklaudiya Rossbax bildirib ki, siyasi bəyannamə üzrə danışıqlarda mühüm irəliləyiş əldə olunub və tərəflər yekun sənədin qəbuluna nikbin yanaşırlar. Onun sözlərinə görə, WUF13-də əldə olunan nəticələr və formalaşan əməkdaşlıq bu prosesə mühüm töhfə verib.

Paylaş

Xəbər lenti

Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı Bu gün, 11:49 Bilgəhdə 23 yaşlı kişi dənizdə batıb Bu gün, 11:49 "BakıKart" tətbiqindən narazılıq - "Onlayn balans artırmaq mümkün deyil" Bu gün, 11:49 Tramp Azərbaycan Prezidentinin ABŞ ilə münasibətlər barədə qiymətləndirməsinin yer aldığı məqaləni paylaşıb Bu gün, 11:49 İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib Bu gün, 11:49 AQTA Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoranın fəaliyyətini dayandırıb Bu gün, 11:49 Azərbaycanda 37 fələstinli tələbə təhsil alır Bu gün, 11:49 Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib Bu gün, 11:49 Fələstinin Baş naziri Fəxri xiyabanı ziyarət edib Bu gün, 11:48 Bakıda və bəzi rayonlarda külək güclənir - FAKTİKİ HAVA Bu gün, 11:48 Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyi Baku Steel Company-nin dəstəyi ilə yenilənəcək Bu gün, 11:48 Şükürbəyli kəndinə 52 nəfərdən ibarət köç karvanı yola salınıb Bu gün, 10:48 Azərbaycan ilə "UN-Habitat" arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb Bu gün, 10:48 İlyas Yalçıntaş, Sıla və bir sıra məşhur SAXLANILDI Bu gün, 10:48 Bakıda istehsalat sexinin fəaliyyəti dayandırılıb Bu gün, 10:48 Şəmkirdə zəhərlənən 11 nəfərin son VƏZİYYƏTİ Bu gün, 10:48 Fariz Əliyev: "Bir Pəncərə" idxal-ixrac prosedurlarını sadələşdirəcək" Bu gün, 10:48 Qubada 5 aylıq hamilə xəstəxanada ölüb Bu gün, 10:48 "Avtobus ya xarab olur, ya da gecikir": 569 nömrəli marşrutdan ŞİKAYƏT Bu gün, 10:48 Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb Bu gün, 09:48 Bakıda məşhur hoteldə YANĞIN - Qonaqlar təxliyə edildi Bu gün, 09:48 Odessada vurulan gəmidəki 10 azərbaycanlı Azərbaycana qayıdır Bu gün, 09:48 "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır Bu gün, 09:48 Bu ərazilərdə işıqlar sönəcək – "Azərişıq"dan əhaliyə XƏBƏRDARLIQ Bu gün, 09:48 DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olu Bu gün, 01:48 Azərbaycanın qlobal brendi: "ASAN xidmət"in əsas mahiyyəti nədən ibarətdir? Bu gün, 00:48 ABŞ ordusu İrana qarşı ikinci zərbə dalğasına başlayıb Bu gün, 00:48 İlon Mask Fransanın "son ümidi"ni açıqladı Dünən, 23:49 İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür Dünən, 23:49 Bakıda beş küçədə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq Dünən, 23:49 YAŞAT Fondu şəhid ailələri və qazilər üçün hansı imkanları yaradır? Dünən, 23:49 Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb Dünən, 23:48 Rusiyada miqrantları telefon almağa məcbur edəcəklər Dünən, 23:48 Paytaxtın dörd rayonunda işıq kəsiləcək - Ünvanlar Dünən, 23:48 Rusiya ordusu Zaporojyeyə zərbələr endirdi: Ölənlər və yaralananlar var Dünən, 22:48 Dünyada 700 milyona yaxın şəxs " ASAN xidmət" modelindən faydalanır" Dünən, 22:48 Ülvi Mehdiyev: "ASAN xidmət" korrupsiyaya qarşı islahatdır Dünən, 22:48 Qurban Qurbanov: "Vestri"ni artıq daha yaxından tanıyırıq" Dünən, 22:48 Latviya ölkədə nüvə silahının yerləşdirilməsinə hazır olduğunu açıqlayıb Dünən, 22:48 "ASAN xidmət" vətəndaşların rahatlığı üçün hansı işləri görür? Dünən, 22:48 Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib Dünən, 21:48 Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin edilib Dünən, 21:48 Argentina millisinin DÇ-dən kənarlaşdırılması üçün petisiya 10 milyon imza topladı Dünən, 21:48 Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır Dünən, 21:48 Ülvi Mehdiyev: "ASAN xidmət mərkəzlərinin sayı ölkə əhalisi üçün kifayətdir" Dünən, 21:48 Ülvi Mehdiyevdən regionlarla bağlı vacib açıqlama: Hansı ərazilərdə "ASAN xidmət" açılacaq? Dünən, 21:48 Səyyar "ASAN xidmət" avtobusları bölgələrdə necə fəaliyyət göstərir? Dünən, 21:48 Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR