
"Həsən bəy Zərdabinin 1875-ci ildə "Əkinçi" qəzetini nəşr etməklə əsasını qoyduğu mətbuat ənənəsi, həqiqətən də, Azərbaycanın ictimai-siyasi və mədəni tarixində dönüş nöqtəsi olmuşdur".
AVESTA.AZ xəbər verir ki, bu sözləri "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunması hamımızın birgə məsuliyyətidir" mövzusunda keçirilən tədbirdə Qusar rayon icra hakimiyyəti başçısı Sahir Məmmədxanov deyib. İcra başçısı onu da vurğulayıb ki, o dövrün çətinliklərinə, təzyiqlərə və məhdudiyyətlərə baxmayaraq, Zərdabi və onun ətrafındakı ziyalılar maarifçilik işığını yandırdılar və mətbuatı xalqın gözü, qulağı, vicdanı halına gətiriblər.
"Şübhəsiz ki, bu illər ərzində zaman dəyişdikcə mətbuat da dəyişib. Heç nə yerində saymadığı kimi, mətbuat da yalnız xəbər çatdıran vasitə deyil. Bir sadə həqiqət var: ölkə iqtisadiyyatı və sosial sahədə nə qədər inkişaf edirsə, ölkənin tanınmasında media orqanlarının və jurnalistlərin də rolu bir o qədər böyük olur. Bir tərəfdən iş görmək vacibdirsə, digər tərəfdən görülən işləri cəmiyyətə və dünyaya düzgün çatdırmaq da çox mühüm, eyni zamanda çox incə məsələdir" -deyə Sahir Məmmədxanov əlavə edib.
Qeyd edək ki, tədbir Global Media Group holdinq və Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin təşkilatçılığı reallaşır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.