
Tərtər rayonunun Təzəkənd kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıblar.
AVESTA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb ediliblər. Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobili ilə MAN markalı yük avtomobilinin toqquşması nəticəsində "Mercedes" markalı avtomobildəki 2 nəfər nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi texniki vasitələrdən istifadə etməklə Bərdə rayonunun Qaraqoyunlu kənd sakinləri - 1962-ci il təvəllüdlü Adil İbrahim oğlu Əhmədovun və 1973-cü il təvəllüdlü Elza Novruz qızı Əmirovanın meyitlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.