
ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının final oyunundan sonra keçirilən mükafatlandırma mərasimində azarkeşlərin etirazı ilə üzləşib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Ağ Evin mətbuat hovuzuna istinadən "Moskovski Komsomolets" məlumat yayıb.
Məlumata görə, Tramp Nyu-Cersi ştatındakı "MetLife" stadionunun meydançasına qalib komandaya kuboku təqdim etmək üçün çıxarkən tribunadan uzun sürən fit və narazılıq səsləri eşidilib. Hadisə oyunu canlı yayımlayan televiziya kameraları tərəfindən də qeydə alınıb.
Buna baxmayaraq, ABŞ prezidenti mükafatlandırma mərasimində iştirak edib və əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olan İspaniya millisinə kuboku təqdim edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.