
İranın qərbində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.
Zəlzələnin episentri Kəhriz şəhərindən təxminən 54 kilometr qərbdə, Cavanrud şəhərindən isə 33 kilometr cənubda yerləşib.
Hazırda dağıntılar və ya xəsarət alanlarla bağlı rəsmi məlumat açıqlanmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.