
Perunun Sikaya şəhərində baş verən 5,5 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər ölüb, 32 nəfər yaralanıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) və Peru Milli Mülki Müdafiə İnstitutu məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Sikaya şəhərinin təxminən 2 kilometr cənub-qərbində yerləşib. Yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb.
Rəsmi açıqlamaya əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 6-ya, yaralananların sayı isə 32-yə çatıb.
Bildirilib ki, Çonqos Baxo rayonunda yaşayış evlərinə, səhiyyə müəssisələrinə, elektrik ötürücü xətlərə və turizm infrastrukturuna ciddi ziyan dəyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.