
"Sabah" komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
AVESTA.AZ xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu məğlub etsə, "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə görüşəcək.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 4-5-i və 11-də keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.