
"Qızıl top" mükafatının səkkizqat sahibi Lionel Messi dünya çempionatının finalında İspaniyaya uduzduqdan sonra milli komanda ilə birlikdə Argentinaya qayıtmayıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, komandanın kapitanı və Argentinaya uçmayan daha doqquz oyunçu ABŞ-də qalıb. Argentina Futbol Assosiasiyası izah edib ki, futbolçuların bir hissəsi klublarına qoşulmaq və ya məzuniyyətə başlamaq üçün birbaşa ABŞ-dən müxtəlif ölkələrə yola düşəcək.
Qeyd edək ki, dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.