21-07-2026, 18:48 37

Biznes Şurası - Bakı və Berlin arasında iqtisadi dialoqun yeni səviyyəsi kimi

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində imzalanan Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə iki ölkə arasında iqtisadi əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə uyğun olaraq daha sistemli, praktikaya yönəlmiş və uzunmüddətli formatda aparılması barədə konkret tələbata institusional cavab nümayiş etdirir.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, indiyədək Azərbaycan və Almaniyanın ticari-iqtisadi əlaqələri, intensivliyinə baxmayaraq, əsasən səfərlər, forumlar və ayrı-ayrı razılaşmalar ətrafında dalğavari şəkildə inkişaf edib. Bəyannamə iki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi üçün institusional təməl qoyur, yəni əvvəllər pərakəndə əlaqələr toplusunun işlədiyi yerdə daimi fəaliyyət göstərən struktur yaradır.

Bu, qarşılıqlı fəaliyyət məntiqini prinsipial şəkildə dəyişir. Sual artıq "növbəti görüş nə vaxt baş tutacaq?" kimi yox, "bu işlə daimi əsasda hansı struktur məşğul olur?" kimi səslənəcək. Biznes Şurası əvvəlki əməkdaşlıq formatlarından məhz bununla fərqlənir.

Dövlət və biznes arasında birbaşa əlaqə kanalı

Biznes Şurasının əsas funksiyası Azərbaycan və Almaniyanın dövlət strukturları ilə işgüzar dairələri arasında birbaşa dialoq üçün daimi platformanın təmin edilməsidir. Bu o deməkdir ki, operativ həll tələb edən məsələlər (tənzimləyici maneələrdən konkret layihələrin razılaşdırılmasına qədər) növbəti yüksək səviyyəli səfəri gözləmədən, işçi qaydada həll oluna biləcək.

Belə bir kanala olan marağı son günlərin təcrübəsi də təsdiqləyir: iyulun 20-də Berlində Azərbaycan Prezidentinin Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşü keçirilib. Onun sədri olduğu qurum Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya bazarlarında fəaliyyət göstərən Almaniya şirkətlərinin maraqlarını birləşdirir. Görüşdə tərəflər Azərbaycan və Almaniya sahibkarlarının birgə işə artan marağını açıq şəkildə vurğulayıblar və bu fəaliyyətin institusionallaşdırılması yollarını müzakirə ediblər. Həm ənənəvi, həm də alternativ energetika, Orta Dəhliz vasitəsilə bağlantı, nəqliyyat və logistika, Azərbaycanın kənd təsərrüfatında Almaniya texnologiyalarının tətbiqi və ölkənin turizm potensialından istifadə məsələləri müzakirə olunub. Əslində, Biznes Şurasının operativ şəkildə həll etməli olduğu qarşılıqlı maraq doğuran məsələlər məhz bu gündəliyi əhatə edir. Yəni mexanizm biznesin artıq formalaşdırdığı tələbata cavab verir və ondan təcrid olunmuş şəkildə yaradılmır.

Prezident İlham Əliyev Berlində bildirib ki, Almaniya şirkətləri Azərbaycanda fəal şəkildə işləyir. Onun sözlərinə görə, hazırda Azərbaycanda 200-dən çox Almaniya kapitallı şirkət fəaliyyət göstərir. Prezident, həmçinin qeyd edib ki, Berlindəki danışıqların və əldə olunan razılaşmaların Azərbaycanda Almaniya şirkətlərinin sayının artıracağına əmindir.

Prezidentin sözlərinə görə, Almaniya biznesinin iştirakının daha da genişlənməsinə birgə investisiyalar və Bakının yaxın vaxtlarda təqdim etməyi planlaşdırdığı konkret təkliflərlə töhfə verəcək.

İnvestisiyalar və birgə layihələr üçün alət

Azərbaycanın ticari-iqtisadi əlaqələrinə dair bəzi rəqəmləri qeyd edək. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında əmtəə dövriyyəsi təxminən 1,4 milyard ABŞ dolları, 2026-cı ilin yanvar-iyun aylarında isə 572,9 milyon ABŞ dolları təşkil edib. Bu gün Almaniya Azərbaycanın 7-ci xarici ticarət tərəfdaşıdır. Azərbaycan-Almaniya iqtisadi münasibətlərinin təməlini energetika sahəsindəki əməkdaşlıq təşkil edir.

"Almaniyaya ixracımızın əsas hissəsini neft təşkil edir. Azərbaycan bir neçə yüz milyon dollar səviyyəsində xam neft tədarük edir. Nə qədər tələb olunarsa - o qədər də tədarük edə bilər", - İlham Əliyev Berlində Almaniya kansleri Fridrix Mertslə birgə mətbuat konfransında bildirib.

Gömrük statistikasının məlumatlarına görə, 2025-ci ildə Almaniya Azərbaycandan 502 milyon ABŞ dolları dəyərində 956,7 min ton neft alıb və Azərbaycan neftinin ən böyük beş alıcısından biri olub. 2026-cı ilin yanvar-iyun ayları ərzində Almaniya Azərbaycandan 210,8 milyon ABŞ dolları məbləğində 360,3 min ton neft alıb. Lakin bu gün Bakı iqtisadi əməkdaşlığı daha yüksək səviyyəyə çıxarmaq və ticarət münasibətlərini şaxələndirmək istəyir. Bu məsələ yaradılan Şuranın fəaliyyətində əsas məsələlərdən biri olacaq.

Şuranın qarşılıqlı investisiyaların təşviqi, işgüzar əlaqələrin inkişafı və yeni birgə layihələrin həyata keçirilməsinə dəstək göstərən səmərəli mexanizm kimi fəaliyyət göstərməsi nəzərdə tutulur. Bu, münasibətlərin, ilk növbədə, energetika sahəsindəki artıq mövcud olan iqtisadi bazası fonunda xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyev vurğulayıb ki, ötən il Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr təşkil edib və bunun yarısı Avropa İttifaqı ölkələrinə ixrac olunur.

Onun sözlərinə görə, Azərbaycan 2026-cı ildə, illik həcmi 1,5 milyard kubmetr olan 10 illik müqavilə çərçivəsində Almaniyaya qaz tədarükünə başlayıb. Bununla belə, Azərbaycan bu həcmi artıra bilər, lakin bunun üçün bir neçə şərti yerinə yetirmək lazımdır. Birincisi, Azərbaycana müraciət olunmalıdır. İkincisi, mövcud qaz infrastrukturunu genişləndirmək və əlbəttə ki, investisiya məsələsini həll etmək lazımdır, çünki Avropa bankları bu cür layihələri maliyyələşdirmək istəmirlər.

İlham Əliyev qeyd edib ki, Yaxın Şərqdəki böhranın artmasını, eləcə də Rusiya-Ukrayna müharibəsinin davam etməsini nəzərə alaraq, Avropa banklarının öz qərarlarına yenidən baxması yaxşı olardı. Bütün bunlar nəticəsi gözlənilməz olan proseslərdir.

Ümumilikdə, Azərbaycan 16 ölkəyə qaz tədarük edir, onlardan da 10-u Avropa İttifaqının üzvüdür.

Belə bir baza Biznes Şurasının üzərində işləyəcəyi məsələlərin varlığı xeyrinə yaxşı bir arqumentə çevrilir: enerji sahəsində əməkdaşlıq artıq birdəfəlik sazişlər çərçivəsindən çıxıb və növbəti məntiqi addım - eyni sistemli yanaşmanı investisiyalara, sənaye kooperasiyasına, logistikaya və alman investorlarının marağının artıq qeydə alındığı Azərbaycanın azad edilmiş ərazilərinin bərpası da daxil olmaqla, digər istiqamətlərə şamil etməkdir.

Qarşılıqlı bazar iştirakının genişləndirilməsi

Nəhayət, bəyannamə son məqsədi son dərəcə konkret şəkildə ifadə edir - Şuranın yaradılması alman biznesinin Azərbaycanda iqtisadi layihələrin həyata keçirilməsində daha fəal iştirakına, eləcə də Azərbaycan şirkətlərinin Almaniya bazarında iştirakının genişlənməsinə kömək edəcək. Bu, prinsipial olaraq vacib bir simmetriyadır, çünki söhbət investisiyaların birtərəfli cəlbindən deyil, kapitalın, kompetensiyanın və şirkətlərin hər iki istiqamətdə qarşılıqlı fəaliyyətindən gedir.

Beləliklə, Biznes Şurası artıq praktikada formalaşmaqda olan tendensiyanı institusional müstəvidə möhkəmləndirmək məqsədi daşıyır. Bu tendensiya həm İlham Əliyevin Mixael Harmsla görüşündə də öz əksini tapan iki ölkənin biznes dairələrinin qarşılıqlı artan marağında, həm də xüsusilə energetika sahəsində daha aydın görünən əməkdaşlığın genişlənən məzmununda ifadə olunur. Şuranın yaradılmasının məntiqi tərəfdaşlığın sistemli əsasda inkişafını nəzərdə tutur, bu da tam əsaslı yanaşmadır.

Paylaş

Xəbər lenti

İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR