
Braziliya futbolunun əfsanələri Ronaldo və Roberto Karlosun "İnternasional Limeyra" klubunu satın almağa hazırlaşdığı bildirilir.
BAKU.WS xəbər verir ki, klub hazırda Braziliya çempionatının üçüncü divizionunda çıxış edir. Layihənin əsas təşəbbüskarlarından olan Roberto Karlosun məqsədi yalnız kluba investisiya qoymaq deyil, həm də əyalət futbolunun inkişafına töhfə verməkdir.
O bildirib ki, bölgə klublarını daha yaxından tanımaq, onlara sponsor tapmaqda dəstək olmaq və vaxtilə malik olduqları rəqabət səviyyəsini yenidən bərpa etmək istəyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.