
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Estoniyada "Payde" - "Zirə" qarşılaşması start götürüb.
AVESTA.AZ xəbər verir ki, Pyarnu şəhərində keçirilən görüşü moldovalı hakim Roman Jitari idarə edir.
***19:27
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Estoniyada üz-üzə gələcək "Payde" və "Zirə" komandalarının start heyətləri açıqlanıb.
AVESTA.AZ xəbər verir ki, komandalar saat 20:00-da Pyarnu şəhərində yerləşən "Rannastadion" arenasında keçiriləcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Payde": 99. Ebrima Jarju, 7. Edqar Tur, 27. Baranov, 3. Viktor Uqo, 2. Lilander, 11. Sona, 28. Hoym, 10. Miller, 77. D.Luts, 30. Badamosi, 19. S.Luts
Baş məşqçi: Tarmo Kink.
"Zirə": 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 32. Qismət Alıyev, 9. Davit Volkov, 4. Ruan Renato, 7. Eren Aydın, 20. İssa Cibrilla, 21.Quima, 11. Junior Martins, 17. Vyeyra 93. Brahim Konate
Baş məşqçi: Rəşad Sadıqov
Qeyd edək ki, komandalar arasında cavab matçı bir həftə sonra Sumqayıtda keçiriləcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Vyana, Avstriya) duelinin güclüsü ilə qarşılaşacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.