
Bu gün axşam saatlarında Bakıda piyadaların vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə şahidlərinin AVESTA.AZ-in "qaynar xətti"nə verdikləri məlumata görə, Səbail rayonu, Nizami küçəsində iki xanım yolu keçərkən avtomobil tərəfindən vurulub.
Qəza nəticəsində xanımlardan birinin ayağı qopub, başı əzilib. Digər piyada da üz nahiyyəsindən xəsarət alıb. Hər iki piyadanın vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə yerinə polis əməkdaşları və təcili yardım həkimləri çağırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.