
Ədliyyə və Daxili İşlər Nazirlkləri birgə əməliyyat keçirib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində nazirliyin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi 25 ünvanında dəmir yol xəttinin yaxınlığında gizlədilmiş 1 ədəd "Makarov PM" markalı tapança, ona məxsus 1 ədəd daraq və 6 ədəd ədəd güllə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.