28-07-2026, 17:48 4

Azərbaycanda keyfiyyətsiz botoksdan zəhərlənmə halları: Pasiyentlər iflic olurlar? - RƏSMİ CAVAB

Azərbaycanda bir müddətdir botoks proseduru etdirən şəxslərin kütləvi şəkildə zəhərlənməsi, əzələlərinin iflic olması ilə bağlı məlumatlar yayılıb.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı bir neçə tanınmış bloqer öz sosial media hesabında paylaşımlar edib.

İddia olunur ki, son iki ayda ölkəyə gətirilən botoks preparatları keyfiyyətsizdir. Nəticədə prosedurlar üçün müraciət edən şəxslərin üzlərində əyilmə, gözlərində çəpləşmə, nitq qabiliyyətinin itməsi, əl, qol əzələlərinin iflici müşahidə olunur.

Hətta hər 5 botoks etdirən şəxsdən 3-nün zəhərlənməyə məruz qaldığı iddia olunur. Bəzi kosmetoloqların zəhərlənmələrdən sonra botoks prosedurlarının tətbiqini dayandırdığı deyilir.

Ceyran adlı bloqer sosial şəbəkə hesabında 4 gün əvvəl prosedur etdirdiyini, qol əzələlərinin iflic olduğunu qeyd edib: "Danışanda təngnəfəs oluram. Qolumu aşağı sala bilmirəm, funksiyasını itirib. Barmaqlarım tərpənir, amma qolum halsızdır.

Bəzi kosmetoloqlar deyirlər, bizlik bir şey yoxdur. Əgər bunu siz gətirmisinizsə, siz də məsuliyyət daşıyırsınız. 4 gündür gecələr stresdən yata bilmirəm. Boğuluram, qolumu aça bilmirəm. Mənim kimi insanları bu günə qoymusunuz. Hər yerindən duran iynəni götürüb vurur. İnsanların sağlamlığı ilə məzələnə bilməzsiniz..."

Bəs bu preparatların ölkəyə gətirilməsinə nəzarət olunurmu? Sözügedən preparatlar partiyası yoxlanılıbmı, tələblərə cavab verirmi? İctimailəşən zəhərlənmə faktları araşdırılıbmı?

Bu suallarla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edilib.

Saytın mərkəzə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, araşdırma aparılması üçün vətəndaşın bizə birbaşa müraciət etməsi lazımdır:

"Göstərilən tibbi xidmətin keyfiyyətindən narazıdırlarsa, o zaman qanunvericiliyə əsasən, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Bu halda məhkəmə-tibbi ekspertizası təyin edilir və tibbi xidmətin necə göstərilməsi ilə bağlı rəy verilir. AEM isə öz növbəsində təsdiqedici sənədlərlə birgə rəsmi müraciət olduğu halda araşdırma aparır, həmin klinikanın və həkimin göstərilən fəaliyyət üzrə müvafiq sənədlərinin olub-olmamasını müəyyən edir. Fakt öz təsdiqini taparsa, qanunvericiliyə uyğun lazımi tədbirlər görülür".

Xatırladaq ki, ötən il Səhiyyə Nazirliyi tərəfindən bəzi özəl tibb müəssisələrində "Botulinum toksini" (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunduğuna dair məlumat yayılmışdı. Bildirilirdi ki, bütün dərman və tibb vasitələr (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər:

"Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır. Mənşəyi məlum olmayan bu maddələr insan sağlamlığı üçün ciddi risk yaradır: ağır allergik reaksiyalar, sinir sistemi və dəri zədələnmələri, digər ciddi fəsadlar mümkündür. Tibbi və kosmetoloji prosedurlar yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq ixtisasa malik həkimlər tərəfindən icra edilməlidir".

Paylaş

Xəbər lenti

Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib Bu gün, 09:48 Bu gün Türkiyənin Zəfər Bayramı günüdür Bu gün, 09:48 Sabirabadda iki yaşlı uşaq hovuzda boğularaq ölüb Bu gün, 09:48 Azərbaycanlı sürücülər 15 gündür İranda QALIB: 100 minlərlə manatlıq yük xarab oldu Bu gün, 09:48 Misli Premyer Liqası: "Zirə" "Neftçi" ilə üz-üzə gələcək Bu gün, 09:48 Netanyahunun oğlu təhlükəsizlik təhdidinə görə ABŞ-dən İsrailə qaytarılıb Bu gün, 09:48 "Qalatasaray" "Milan"ın daha bir ulduzuna göz dikdi Bu gün, 00:48 Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ Bu gün, 00:48 Qadağaya məhəl qoymayan sürücülər sakinləri təngə gətiriblər Bu gün, 00:48 Döyüşdə ayaqlarından yaralandı, indi əlillik ala bilmir: Qazi ilə xəstəxana arasında QALMAQAL Dünən, 23:48 Cem Yılmaz xəstəxanaya yerləşdirildi Dünən, 23:48 Bakıxanovda nəhəng ağac hər an faciəyə səbəb ola bilər Dünən, 23:48 Arzu Nağıyevin ailəsində ağır itki Dünən, 23:48 Dambrauskas Çempionlar Liqası öncəsi rəqiblərinə MEYDAN OXUDU: "Heç kimdən çəkinmirik" Dünən, 23:48 "Fənərbağça"da daha bir ayrılıq: Sofyan Amrabat getdi Dünən, 22:48 Şəhidin həyat yoldaşı da tələbə olub, qızı da - FOTO Dünən, 22:48 Sıla Türkoğlu nişanlandı Dünən, 22:48 İsrail Qəzzada "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini zərərsizləşdirib Dünən, 22:48 Bu bürclər payızda ömürlərinin baharını yaşayacaqlar Dünən, 21:48 MEDİA qanunsuz fəaliyyət göstərən saytla bağlı BƏYANAT YAYDI Dünən, 21:48 Azərbaycanın yeni milyardlıq planı: 2030-cu il üçün BÖYÜK HƏDƏF Dünən, 21:48 "Böyük Dəbilqə": Ömər Rəcəbli bürünc medal qazanıb Dünən, 21:48 Xətaidə sakinlərin qeydiyyat problemi niyə həll olunmur? - VİDEO Dünən, 21:48 Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb Dünən, 21:48 Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu Dünən, 20:48 Premyer Liqa: "Qəbələ" - "Şamaxı" oyununda qalib müəyyənləşməyib Dünən, 20:48 Xocalıda həyat yenidən qaynayır: Ballıcadan toy sədaları gəlir Dünən, 20:48 Xaricdə təhsil arzusu kabusa çevrilməsin: Vasitəçi şirkətlərlə bağlı XƏBƏRDARLIQ Dünən, 20:48 Coşqun Əliyev qızıl medal qazanıb Dünən, 20:48 Kiyevə hücumlar davam edir: Ukraynanın paytaxtında son vəziyyət Dünən, 19:48 Neft bazarı ÇALXALANA BİLƏR - Müharibələr və ABŞ-Venesuela sazişi nə vəd edir? Dünən, 19:48 Məşhur aktrisa dördüncü dəfə evləndi Dünən, 19:48 Bakıda açıq ərazidəki yanğın söndürülüb Dünən, 19:48 Alimlər Yerin 2900 km dərinliyində sirli strukturlar aşkarlayıblar Dünən, 19:48 Şirvanda qəza olub - Ölən və yaralanan var Dünən, 19:48 Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər Dünən, 18:48 Lamiyə Ələkbərova: "Blogerlər tələbəyə nə öyrədəcək?" Dünən, 18:48 Yol zəbt olunub, yoxsa evin sərhədidir? Dünən, 18:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 675-ə çatdı Dünən, 18:48 Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir Dünən, 18:48 Coşqun Əliyev deflimpiya çempionunu məğlub edərək "Masters Top 18"in qalibi olub Dünən, 18:48 Azərbaycanlı məşhurlar barışdı- İllərdir davam edən küsülülük bitdi Dünən, 18:48 Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ - 12 il sonra HƏBS OLUNDU Dünən, 17:48 Günel Zeynalovanın başına iş gəldi - Ayağı zədələndi Dünən, 17:48 Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb Dünən, 17:48 İngiltərə Premyer Liqası: "Liverpul" II turda da heç-heçə edib Dünən, 17:48 Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib Dünən, 17:48 Ukrayna səfiri Türkiyə gəmisinin vurulması ilə əlaqədar XİN-ə çağırılıb Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR