29-07-2026, 15:48 54

2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlərAzərbaycan Respublikasının zəngin və çoxşaxəli mədəni irsinin qorunması, sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-iyun aylarında tarix-mədəniyyət abidələrinin mühafizəsi, bərpası, qeydiyyatı, rəqəmsallaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, tarix-mədəniyyət qoruqlarının inkişafı, beynəlxalq əməkdaşlıq, mədəni irsin təşviqi və maarifləndirmə sahələrində genişmiqyaslı fəaliyyət həyata keçirilib. Bu fəaliyyətlər "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında müəyyən edilmiş strateji məqsəd və prioritetlərə uyğun olaraq icra olunub. Qeyd olunan istiqamətlərdə 2026-cı ilin birinci yarısı üzrə nəticələri əks etdirən "Mədəni irs icmalı" hazırlanıb. İcmalda mədəni irsin qorunması və idarə olunması sahəsində əldə edilmiş nailiyyətlər və görülmüş işlər öz əksini tapıb. Hazırda Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş 6114 tarix-mədəniyyət abidəsindən 4377-nə, eləcə də 1400-dən artıq yeni aşkar edilmiş abidə qismində qeydə alınmış tarix və mədəniyyət əhəmiyyətli obyektlərin mühafizəsinə nəzarəti həyata keçirir. Bu sahədə əldə olunan mühüm nəticələrdən biri də Vahid Mədəniyyət Reyestri informasiya sisteminin yaradılmasıdır. Bu sistem vasitəsilə ölkə üzrə 3709 daşınmaz mədəni irs obyekti vahid rəqəmsal platformada toplanaraq coğrafi informasiya sistemi (GIS) texnologiyaları ilə inteqrasiya edilib. Muzey fondlarının zənginləşdirilməsi və mədəni sərvətlərin rəqəmsal uçotunun genişləndirilməsi istiqamətində də mühüm nəticələr əldə olunub. Hazırda ölkə üzrə muzeylərin əsas fondlarında qorunan eksponatların sayı 1 milyon 137 min 883-ə çatıb. Hesabat dövründə fondlar 3893 yeni eksponatla zənginləşdirilib, Vahid Mədəniyyət Reyestrinə daxil edilmiş muzey eksponatlarının sayı isə 29551 ədəd təşkil edib. 2026-cı ilin birinci yarısında tarix-mədəniyyət abidələrinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə 200 preventiv tədbir görülüb, hüquq-mühafizə orqanlarına 60 müraciət ünvanlanıb, 32 inzibati tənbeh qərarı qəbul edilib və qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1 cinayət işi başlanılıb. Tarix-mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə qanunvericiliyin tələblərinə uyğun ardıcıl tədbirlər həyata keçirilib. Abidələrin mülkiyyətçiləri və ya istifadəçiləri olan fiziki və hüquqi şəxslərlə abidələrin qorunması işini tənzimləyən 183 mühafizə müqaviləsi bağlanılıb. Abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilib. Hesabat dövründə 98 tarix-mədəniyyət abidəsinin mühafizə zonasının layihəsi təsdiq olunub, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri çərçivəsində mədəni irsin qorunmasının təmin edilməsi məqsədilə 73 rəy verilib. Eyni zamanda, 98 abidə İqtisadiyyat Nazirliyinin Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə (TEKUİS) daxil edilib. Ötən dövrdə 1 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri başa çatdırılıb, həmçinin abidə mülkiyyətçilərinin və ya istifadəçilərinin vəsaiti hesabına hazırlanmış 72 təmir-bərpa layihəsi Dövlət Xidməti tərəfindən təsdiq edilib. Hazırda 3 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri aparılır, daha 3 abidədə isə bərpa-konservasiya işlərinin icrası üçün layihə-smeta sənədlərinin hazırlanması prosesi davam etdirilir. Daşınar mədəni irsin qorunması istiqamətində aparılan fəaliyyət nəticəsində 880 eksponat bərpa-konservasiya edilib, 362 eksponat üzrə isə müvafiq işləri davam etdirilir. Arxeoloji irsin öyrənilməsi məqsədilə 24 arxeoloji ekspedisiyanın aparılmasına icazə verilib, həyata keçirilən arxeoloji qazıntılar nəticəsində isə 636 artefakt aşkar edilərək müvafiq tədbirlər görülüb. Hesabat dövründə 3134 ədəd mədəni sərvətin ixracına dair mühafizə şəhadətnamələri və 122 muzey əşyaları və kolleksiyaların müvəqqəti ölkədən kənara çıxarılmasına icazə verilib. İxracı nəzərdə tutulan 65 mədəni sərvət üzrə isə ekspertizalar təşkil olunub. 2026-cı ilin birinci yarısında Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən muzey və qoruqlara ümumilikdə 463 965 nəfər ziyarətçi gəlib. Onlardan 342 305 nəfəri muzeyləri, 121 660 nəfəri isə qoruqları ziyarət edib. Rəqəmsal platformalar vasitəsilə 138 718 bilet və ekskursiya xidməti satılıb. Qoruqlar arasında ən çox ziyarət edilən məkan 63 906 ziyarətçi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu olub. Onu Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu və Quba şəhərində yerləşən "Soyqırımı Memorial Kompleksi" izləyib. Beynəlxalq müstəvidə də Dövlət Xidmətinin fəaliyyəti yüksək qiymətləndirilib. 2026-cı ilin ötən dövründə rəqəmsallaşdırma, innovasiya, məlumatlara əsaslanan mühafizə və ictimai iştirakçılıq sahələrində həyata keçirilən fəaliyyətə görə Dövlət Xidməti nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən beş mükafata layiq görülüb.
Paylaş

Xəbər lenti

Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR