29-07-2026, 21:48 157

Bakıda törədilən qətllə bağlı yeni detallar:

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AVESTA.AZ Lent.az-a istinadən xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid N.V. taksi sürücüsü işlədiyini bildirib:

"Dərmanlarımı almaq üçün aptekə gedirdim. Yolda adının sonradan Fazil olduğunu bildiyim şəxs əl eləyib məni saxladı. Dedi ki, "Şamaxinka"ya gedəcəyəm, neçəyə apararsan?" Gediş haqqının 10 manat olduğunu dedim, yola düşdük. Çatana yaxın Fazil qəfil fikrini dəyişdi, xahiş elədi ki, maşını onun yaşadığı evə sürüm, yükləri var, Ağsuya gedəcək. Dedim 100 manata başa gələr. Fazil dedi o qədər pulu yoxdur. Məni dilə tutdu, 85 manata razılaşdıq. Maşını evə sürdüm. Fazil düşüb evə getdi, çox keçmədi ki, bu adamla (təqsirləndirilən Ülvi Abbasova işarə edir) gəldi, hərəsinin əlində böyük yük var idi, yapışqanla sarınmışdı. Sonra təzədən geri evə qayıtdılar, ikisinin də güclə götürdüyü böyük bir çanta ilə qayıtdılar. Haradan bilim, ağlıma da gəlməzdi ki, bu çantalarda meyit tikələri ola bilər.

Ağsuya çatanda dedi ki, "zibillər qaldı, köhnə yorğan üzləridir, dərədən atacağam". O, baqajda olan yüklərdən götürüb Ağsu aşırımından tulladı. Sonra dedi ki, "susuzluqdan yanıram, düşüb çay içək, sonra gedərik". Tərpənmək istəyəndə "Prado" markalı maşın qabağımızı kəsdi ki, "siz qadağan olunmuş əraziyə zibil atmısınız".

Fazil deyirdi ki, Cavanşir gölündə əmisi uşaqları balıq tuturlar, "sənə də verərəm". Gedib gördük ki, kanalda heç kim yoxdur. Mən təbii ehtiyacımı ödəmək üçün ağacın arxasına keçəndə suya şappıltı ilə ağır bir şeyin düşdüyünü eşitdim. Fazilin yanına qayıdanda o - "ağsaqqal, əmim uşaqları məni aldadıblar, burada deyilmişlər", - dedi. Mən artıq ondan şübhələnməyə başladım. Qayıtdıq Ağsuya. Yolda Fazil maşını qəfil saxlatdı ki, "ağsaqqal, sən qayıt Bakıya, mən burada dostumla qalacağam". Mən ondan 85 manatımı alıb qayıtdım Bakıya. Bir neçə gün sonra məni polisə çağırdılar".

Şahid S.M. təqsirləndirilən şəxslərin iş yoldaşı olduğunu deyib:

"Biz (təqsirləndirilənləri və öldürülən İsgəndər Əliyevi nəzərdə tutur) Nərimanovdakı tikintidə bir yerdə işləyirdik. Sonuncu dəfə İsgəndəri 2025-ci il avqustun 3-də gördüm. İsgəndər işdə mənə yaxınlaşıb maaşını istəmişdi. Mən pulu onun kartına göndərəcəyimi dedim. Bu söhbət olanda Fazil də ətrafımızda idi. Ondan sonra mən 3-4 gün nə İsgəndəri, nə də Fazili görmədim. İsgəndərin telefonundan mesaj gəldi ki, "qardaşımın üstünə dəmir düşüb, rayona gedəcəyəm, maaşımı göndər". Mən geri ona zəng etdim, cavab vermədi, amma tez də mesaj yazdı ki, "boğazım şişib, üzrlü say, danışa bilmirəm". Mən bu hadisələrdən sonra bilmişəm ki, mənimlə İsgəndərin telefonundan mesajlaşan Fazil imiş. Maaşı paylananda İsgəndər yox idi. Fazildən onu soruşdum, "qızı xəstələnib", - dedi".

Şahid M.E. təqsirləndirilən şəxslərin kirayədə qaldıqları evin sahibi olduğunu deyib:

"İsgəndər çox ağıllı, tərbiyəli insan idi. 10 il idi ki, mənim evimdə kirayədə qalırdı, Fazillə Ülvini də o, evə gətirmişdi. Axşam işdən gələndə yeməyini bişirib yeyirdi, qalanını da səhər işə aparırdı. Fazil həmişə evdə telefonla ailəsi ilə çox acıqlı, əsəbi danışırdı, telefonda yoldaşına hərbə-qadağa kəsirdi, söyürdü. Bizim məhəllədə isti çörəkləri səhər gətirib qapıya qoyurdular. İsgəndər də hər səhər durub çörəyini elə alıb götürürdü. Bu dəfə elə olmadı. Fazildən İsgəndəri soruşanda, evdə olmadığını, onun rayona getdiyini dedi. Fazilə inanmadım, çünki İsgəndər həmişə rayona gedəndə mənə xəbər edirdi.

Həmin gün Fazil gəldi ki, xala, mənə böyük çantalar lazımdır. Dedim mənim belə böyük çantalarım yoxdur. Özü almağa getdi, çox keçmədi ki, əlində böyük aeroport çantaları ilə qayıtdı. Fazil dedi ki, rayona gedəcək. Sonra maşın gəldi. Mətbəxin pəncərəsindən gördüm ki, Fazil evdən ağır çantaları maşına daşıyır. Onun mənə kirayə borcu vardı, elə bildim qaçır. Yüyürüb qabağını kəsdim ki, pulumu verməmiş hara qaçırsan? Bu dəqiqə "102"yə xəbər edəcəyəm. Fazil dönüb acıqla üzümə baxdı ki, "mən birdən-ikiyə sizin pulunuzu kəsmişəm?" Axşamtərəfi saat 17 radələrində Fazil evə qayıtdı. Dedim - "a bala, bəs sən rayona getmədin?" Fazil də dedi ki, "xala, pis bir qarınağrısına düşdüm, gedə bilmədim, çantaları qohumumgildə qoymuşam". Üç gün sonra İsgəndərin qardaşları evə gəldilər. Yaxınlaşdım ki, "xeyir ola, nə yaxşı gəlibsiniz?" İsgəndərin qardaşları neçə gündür ki, ondan xəbər ala bilmədiklərini dedilər. Təəccübləndim, dedim - "necə xəbər yoxdur? Axı o, rayona gedib". Mən bu adamdan (təqsirləndirilən Fazil Feyzullayevə işarə edir) evimdə qətl törətdiyinə görə şikayətçiyəm. Onu məhkəməyə verəcəyəm".

Növbəti proses sentyabrın 16-da saat 14:15-ə təyin olunub.

Xatırladaq ki, 2025-ci il avqustun 8-də paytaxtın Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü İsgəndər Əliyevin yaşadığı evdə qətlə yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla, avqustun 4-də gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abbasovun qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən qətlə yetirmələrinə, daha sonra Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna gedib müxtəlif yerlərə tullamasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunur.

Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abbasov təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Paylaş

Xəbər lenti

Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR