
Azərbaycanın sərbəst güləşçisi Elgün Kərimli Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə uduzub.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində hindistanlı Sakşam Fnuya (5:5) sonuncu xal prinsipinə əsasən məğlub olub.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.