
Şuşa-Laçın avtomobil yolunda aparılan qazıntı işləri zamanı iki nəfər həyatını itirib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə avqustun 30-da Şuşa-Laçın avtomobil yolunun tikintisi ilə bağlı işlər aparılan ərazidə baş verib.
Belə ki, yolun inşasında çalışan şirkətin əməkdaşları - topoqraf Kənan Hacıyev və onun köməkçisi Polad Məmmədzadə bədbəxt hadisə nəticəsində həyatlarını itiriblər.
Hadisə ilə bağlı Şuşa Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Hazırda hadisənin səbəbləri araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.