
Mərakeşin "Maqreb Atletik" klubunun futbolçusu Faten Ben Amar əl-Əziz İspaniyanın Seuta şəhərinə üzərək keçməyə cəhd edərkən həyatını itirib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Futbolçu son günlər Mərakeşdən Seutaya keçməyə çalışan minlərlə miqrant arasında olub.
Bildirilib ki, son 30 saat ərzində on minlərlə miqrant Mərakeşə geri qaytarılıb. Seutaya çatmağa çalışarkən isə ən azı 90 nəfər həlak olub.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.