2-08-2026, 21:48 1

Yayın ən bahalı transferləri açıqlandı: Rəqəmlər heyrətləndirdi

Qollar vurulmur, xallar hesablanmır, turnir cədvəlləri dəyişmir, kuboklar uğrunda mübarizə getmir. Amma futbol dünyasında elə bir dövr var ki, bəzən mövsüm ərzində meydanda baş verənlərdən daha çox müzakirə olunur. Söhbət yay transfer pəncərəsindən gedir. Bu müddətdə hər gün yeni xəbərlər yayılır, milyonlarla avroluq müqavilələr imzalanır.

2026/27 mövsümünün yay transfer dönəmi də bu baxımdan istisna deyil. Hələ pəncərənin bağlanmasına kifayət qədər vaxt qalsa da, artıq bir sıra böyük keçidlər reallaşıb, bəzi klublar rekord məbləğlər xərcləyib.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Yayın ən bahalı transferləri açıqlandı: Rəqəmlər heyrətləndirdi

Şərtləri ingilislər diktə edir

İndiyədək baş tutan keçidlərin statistikası göstərir ki, yay transfer bazarında son illərin ümumi mənzərəsi dəyişməyib. Yenə əsas söz sahibi İngiltərə Premyer Liqası klublarıdır. Dünyanın ən bahalı futbolçuları uğrunda mübarizədə ingilislər həm maliyyə imkanları, həm də cəlbedici çempionat amili ilə rəqiblərini geridə qoymağa davam edirlər.

Hazırda yayın ən bahalı transferi Morqan Rocersdir. "Çelsi" 23 yaşlı hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq üçün "Aston Villa"ya 138 milyon avro ödəyərək yayın rekorduna imza atıb. Bu, ümumiyyətlə, bir ingilis futbolçu üçün ödənilən ən böyük transfer məbləği kimi tarixə düşüb. İkinci pillədə "Mançester Siti"nin "Nottinqem Forest"dən 135 milyon avroya transfer etdiyi Elliot Anderson qərarlaşıb. İlk üçlüyü isə "Tottenhem"in "Nyukasl"dan 108 milyon avroya heyətinə qatdığı Sandro Tonali tamamlayır. Maraqlıdır ki, keçən mövsümü uğursuz keçirən London təmsilçisi ilk "10-luq"da daha iki transferlə də təmsil olunur. Klub Portuqaliya futbolunun istedadlarından sayılan Mateuş Fernandeş üçün "Vest Hem"ə 99 milyon avro ödəyib, Yan Pol van Hekkenin "Brayton"dan transferi isə onlara 60 milyon avroya başa gəlib. "Liverpul" isə 20 yaşlı fransalı müdafiəçi Jeremi Jake üçün 63 milyondan artıq vəsait xərcləyib.

Yayın ən bahalı transferləri açıqlandı: Rəqəmlər heyrətləndirdi

Transfer bazarında ingilislərə rəqabət təklif edən klubların sayı isə cəmi üçdür. "Barselona" "Nyukasl"dan Entoni Qordonu 80 milyon avroya transfer etməklə La Liqanı ilk "10-luq"da təmsil edən yeganə klubdur. İtaliyadan yalnız "Milan" PSJ-dən Qonsalu Ramuşu 74 milyon avroya heyətinə qataraq siyahıya düşə bilib. Avropa xaricində ilk "10-luq"da yer alan yeganə klub isə Niderland millisinin üzvü Krisensio Sammervili "Fulhem"dən 64ş5 milyon avroya transfer edən Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasıdır.

İlk onluğu "Aston Villa"nın 20 yaşlı isveçrəli yarımmüdafiəçi Yohan Manzambi üçün ödədiyi 60 milyon avroluq keçid tamamlayır. Beləliklə, ən bahalı on transferdən yeddisində alıcı tərəf məhz Premyer Liqa klublarıdır. Maraqlıdır ki, digər 3 keçidin 2-də isə "Dumanlı Albion" təmsilçiləri satışdan yaxşı məbləğ əldə ediblər.

Yayın ən bahalı transferləri açıqlandı: Rəqəmlər heyrətləndirdi

"Real Madrid" "qolları çırmalayıb"

Premyer Liqa klubları transfer bazarında ümumi mənzərəyə hökm edirlərsə, İspaniyada diqqətlər "Real Madrid"ə yönəlib. Ötən mövsüm kuboksuz qalan, ardıcıl ikinci dəfə La Liqa çempionluğunu əzəli rəqibi "Barselona"ya uduzan və Çempionlar Liqasında gözlənilən uğuru qazana bilməyən "Kral klubu" yay fasiləsini sakit keçirmək fikrindən uzaqdır. Klub rəhbəri Florentino Peres vəziyyətdən nəticə çıxarıb, komandanın sükanı arxasına yenidən Joze Mourinyonu gətirib və bunun ardınca transfer bazarında əsl hücuma keçib.

Artıq Madrid təmsilçisi bir neçə səs-küylü keçidi rəsmiləşdirib. Müdafiənin cinahları Denzel Dumfris və Mark Kukureya, mərkəzi İbrahima Konate ilə gücləndirilib, yarımmüdafiəyə isə azad agent kimi Bernardu Silva gətirilib. Ancaq görünən odur ki, "ağlar" bununla kifayətlənmək niyyətində deyil. Dünya mətbuatında son günlərin ən çox müzakirə olunan mövzularından biri Maykl Olisenin "Bavariya"dan Madridə keçididir.

Yayın ən bahalı transferləri açıqlandı: Rəqəmlər heyrətləndirdi

Bu fəallığın fonunda "Barselona" yay bazarında daha çətin proses yaşayır. Kataloniya təmsilçisi komandanın əsas qol silahı Robert Levandovski ilə yollarını ayırıb və hələlik onun yerini doldura biləcək hücumçu tapmayıb. Mikel Oyarzabalın adı namizədlər arasında hallansa da, "Real Sosyedad"ın kapitanı bu keçidə razılıq verməyib.

Yayın ən bahalı transferləri açıqlandı: Rəqəmlər heyrətləndirdi

"Fənərbağça" çempion heyət qurur?

Türkiyə kubları da transfer bazarında kifayət qədər fəaldırlar. Xüsusilə ötən mövsüm gözləntiləri tam qarşılamayan İstanbul nəhəngləri - "Fənərbağça" və "Beşiktaş" yeni mövsüm öncəsi aktivlik göstərirlər.

Yayın ən bahalı transferləri açıqlandı: Rəqəmlər heyrətləndirdi

Ən bahalı keçid "Fənər"ə məxsusdur. İstanbul təmsilçisi Meyson Qrinvudu 39 milyon avroya heyətinə qatmaqla Türkiyədə yayın ən səs-küylü keçidinə imza atıb. Klub bununla kifayətlənməyərək hücuma Vedat Muriqini transfer edib, müdafiə xəttini isə Natan Ake ilə gücləndirib.

"Beşiktaş" da transfer yarışında geri qalmamağa çalışır. "Qara qartallar" keçən mövsüm "Arsenal"ın əsas simalarından olan Leandro Trossardı heyətinə qatmaqla iddiasını ortaya qoyub. Klub eyni zamanda Kassum Uattara, Aleksander Nübel kimi tanınmış futbolçuları transfer edib.

Yayın ən bahalı transferləri açıqlandı: Rəqəmlər heyrətləndirdi

Türkiyə çempionu "Qalatasaray" isə daha təmkinli davranır. "Sarı-qırmızılılar"ın ən diqqətçəkən transferi Lesli Uqoçukvunun icarəyə götürülməsidir. "Trabzonspor" Aral Şimşir, Noah Saviolo və Ruslan Malinovski kimi futbolçuları heyətinə qataraq diqqət çəksə də, transfer bazarındakı ümumi mənzərə göstərir ki, bu yay Super Liqada əsas rəqabət yenə "Fənərbağça" ilə "Beşiktaş" arasında yaşanır. Hər iki klub ötən mövsümün uğursuzluğunu unutdurmaq və "Qalatasaray"ın hegemonluğuna son qoymaq üçün ciddi pul xərcləməkdən çəkinmir.

Paylaş

Xəbər lenti

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib Bu gün, 22:48 UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi Bu gün, 22:48 Mehdiabad sakinlərinin işıq problemi: Kabel niyə yanır? Bu gün, 22:48 Serbiyada "Balkan Boxing 11"də Azərbaycanı Rəhim Əliyev təmsil edəcək Bu gün, 22:48 Aleksey İsayev: "15 dəqiqə ərzində dünya iki dəfə dayandı" Bu gün, 22:48 Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitə yarışının ən yaxşı kişi idmançısı seçilib Bu gün, 21:49 UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub Bu gün, 21:49 Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb Bu gün, 21:49 Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu" Bu gün, 21:48 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente" ilə oyunda hesabı açdı Bu gün, 21:48 Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib Bu gün, 21:48 "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU Bu gün, 21:48 Hövsanda açıq ərazidə yanğın baş verib Bu gün, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Bu gün, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Bu gün, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Bu gün, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Bu gün, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Bu gün, 20:48 İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq Bu gün, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Bu gün, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Bu gün, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Bu gün, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Bu gün, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Bu gün, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Bu gün, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Bu gün, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Bu gün, 18:48 44 yaşlı Dima Bilan baba oldu Bu gün, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Bu gün, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Bu gün, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Bu gün, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Bu gün, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Bu gün, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Bu gün, 17:48 Sabah ilin son tutulması olacaq Bu gün, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Bu gün, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Bu gün, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Bu gün, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Bu gün, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Bu gün, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Bu gün, 17:48 Tarkan 2,5 saata 36 milyon qazanacaq Bu gün, 17:48 Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib Bu gün, 16:48 129 min izləyicisi olan səhifə müştərilərinin başına nə oyun açdı? Bu gün, 16:48 Azərbaycanda "Balıqçılıq haqqında" qanun qüvvəyə mindi Bu gün, 16:48 Sabah ilin son Ay tutulması baş verəcək Bu gün, 16:48 Nepalda daşqınlarda ölənlərin sayı iki dəfə artaraq 332-yə yüksəldi Bu gün, 16:48 9 nömrəli avtobusda sərnişinlərin üzərinə çirkli su axıb Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR