
Rusiyanın Federasiya Şurasında amerikalıların Ukrayna ərazisindəki bioloji laboratoriyaları haraya köçürdüklərini aydınlaşdırıblar.
Moderator.az xəbər verir ki, bu barədə senator Konstantin Kosaçev özünün "Telegram" kanalında məlumat verib.
"Amerikalılar təxminən 30 dövlətdə işləyir, laboratoriyaların sayı müxtəlifdir. Ukraynada 30 belə laboratoriya var. İndicə məlumat almışıq ki, "xüsusi əməliyyat" başlanandan amerikalılar Monqolustanla əlaqəyə girib, orada öz laboratoriyalarını yaratmaq istəyir", - o, belə deyib.
Kosaçevin sözlərinə görə, "bunların Ukraynadakı laboratoriyalar olmasını güman etməyə ciddi əsaslar var, çünki amerikalılar üçün "Rusiyaya daha yaxın olmaq vacibdir".
Bundan başqa, bu gün Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova laboratoriyalar mövzusunu qabardaraq, bəyan edib ki, ABŞ diqqəti bu məsələdən yayındırmağa cəhd edir. Onun sözlərinə görə, Vaşinqton "özünün hərbi- bioloji proqramı haqqında substantiv məlumatları ictimaiyyətlə bölüşmək niyyətini nümayiş etdirmir".
Zaxarova qeyd edib ki, "ABŞ hakimiyyətinin özü üçün partlayış doğuracaq mövzu ilə bağlı hoqqabazlığı "Almaniya rəhbərliyi tərəfindən dəstəklənib".
Bundan əvvəl Rusiya bioloji laboratoriyaları Ukraynadan gələn və "xüsusi əməliyyat"a haqq qazandıran təhlükələrdən biri adlandırıb və orada bioloji silahın, o cümlədən qadınların reproduktiv sistemini və "müəyyən etnosların", o cümlədən "Rusiyanın rus əhalisinin" immunitetini zədələyən silahın işlənib hazırlanmasını iddia edib.
Bu müəssisələrə amerikalılar kuratorluq edir.
Bu şəbəkə müxtəlif dövlətlərdə, o cümlədən Gürcüstanda təxminən 400 laboratoriyadan ibarətdir.