
İclasın əsas gündəliyinə iyulun 7–8-də Ankarada keçirilən NATO sammitinin nəticələri, Yaxın Şərqdəki son vəziyyət, İran ətrafında baş verən proseslər və Ukrayna münaqişəsinin həlli istiqamətində atılan addımlar daxil edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan NATO sammitinin yekunları ilə bağlı açıqlamasında Türkiyənin Ukraynada sülhün təmin olunması üçün bütün diplomatik və kommunikasiya kanallarını açıq saxladığını bildirib.
Dövlət başçısı vurğulayıb ki, Ankara münaqişənin ilk günündən etibarən dialoq və diplomatiyanı dəstəkləyir. Onun sözlərinə görə, Türkiyə indiyədək Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqlara bir neçə dəfə ev sahibliyi edib və gələcəkdə də bu platformanı təqdim etməyə hazırdır.
Qeyd edək ki, 2025-ci ildə İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üç mərhələdə birbaşa danışıqlar keçirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.