19-01-2023, 17:52 619

"20 Yanvar faciəsi də daxil olmaqla, 1987-ci ildən 90-cı illərin əvvəlinə kimi xalqımıza qarşı törədilən vəhşiliklər, kütləvi qırğınlar və deportasiyalar, əslində bizim milli birlik və iradəmizi qırmaq, torpaqlarımızı Ermənistana vermək idi".

Bu sözləri "AVESTA.AZ"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən getməsindən qısa müddət sonra Azərbaycan xalqı üçün qara günlərin başladığını bildirib.

Deputat xatırladıb ki, 1987-ci ildən etibarən Qərbi Azərbaycandan kütləvi şəkildə soydaşlarımızın qovulması və keçmiş Dağlıq Qarabağda törədilən vəhşiliklər 90-ci ilin əvvəllərində xalqımızın səbr kasasını doldurmuşdu:

"Təkcə 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş vermiş, nəticədə 250 min azərbaycanlı qaçqın düşmüşdü. Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri Bakıda insanların etirazına səbəb olmuşdu. Tarix onu göstərir ki, 20 Yanvar faciəsi xalqımızın birlik, əzmkarlıq nümunəsi idi".

V.İskəndərov vurğulayıb ki, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı silahlı hücumu, dinc əhalinin kütləvi surətdə vəhşicəsinə gülləbaran edilməsi xalqın iradəsini qırmaq, ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etdirmək məqsədi daşıdığı hər kəsə məlumdur:

"İnsanların əliyalın formada silahlı Sovet ordusunun qarşısına çıxması, mübariz ruhu ilə birlik olması görünməmiş bir hadisəydi. Çox təəssüf ki, şəhidlərimizin qanı ilə tarixə düşmüş 20 Yanvar faciəsinin əsl məqsədi gizlədilir, rəsmi səviyyədə elə təqdim edilirdi ki, guya Bakıda ermənilərə qarşı zorakılıq halları baş verir və qoşunlar da sabitliyi təmin etmək məqsədilə yeridilib. Sovet qoşunlarının hərəkətlərində isə əsas niyyətin məhz Azərbaycan xalqına divan tutmaq olduğu bir daha öz təsdiqini tapdı. O vaxtı ümummilli lider Heydər Əliyev xalqımızla həmrəy olduğunu bir daha nümayiş etdirdi. Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Ulu Öndər ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa etmişdi".

Deputat qeyd edib ki, elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirmişdi:

"Əlbəttə vaxtında atılan bu addımlar SSRİ tərəfindən dünyaya təqdim edilən yalanların da qarşısını müəyyən qədər almış oldu. O, faktlarla Sovet ordusunun xalqımıza qarşı törətdiyi cinayəti sübüt etdi. 20 Yanvar faciəsi artıq Azərbaycanın müstəqillik yolunda atılmış mühüm addım oldu. Bu faciə göstərdi ki, başqa yol yoxdur. Ancaq şəhidlərimizin canı, qanı bahasına başa gələn müstəqilliyimizin ilk illəri səriştəsiz rəhbərlərin sayəsində yenə qanlı-qadalı oldu".

"Ulu Öndərin hakimiyyətə gəlişinə qədər erməni hərbi birləşmələri Qarabağda qırğınlar edir, Xocalı faciəsi kimi bir insanlıqdan kənar genosid törədir. Bütün bu faciələrin qisası 30 il sonra Ali Baş Komandan İlham Əliyevin sayəsində alındı. İndi heç bir şəhidimizin qanı yerdə qalmayıb. Torpaqlarımız işğaldan azad olunub. Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir. Bütün bu addımlar onu deməyə əsas verir ki, azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar, 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, Ermənistanın diz çökdürülməsi bu ümidləri daha da gücləndirir", - V.İskəndərov əlavə edib.

Paylaş

Xəbər lenti

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı Bu gün, 15:48 Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb Bu gün, 15:48 Günəşdə alışmaların sayı artıb - Alimlərdən XƏBƏRDARLIQ Bu gün, 15:48 Jurnalist Elnur Şükürov həbs edildi Bu gün, 15:48 FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib Bu gün, 15:48 İtaliya klubu Torreyra üçün hərəkətə keçməyə hazırlaşır Bu gün, 14:48 Məşhur aktrisa 88 yaşında vəfat etdi Bu gün, 14:48 Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb Bu gün, 14:48 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub Bu gün, 14:48 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 14:48 Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb Bu gün, 14:48 Ərdoğan: Cənubi Qafqaz artıq əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır Bu gün, 14:48 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub Bu gün, 14:48 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib Bu gün, 13:48 Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib Bu gün, 13:48 Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy Bu gün, 13:48 Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb Bu gün, 13:48 Yol polisindən yağışlı hava ilə bağlı MÜRACİƏT Bu gün, 13:48 Bayram günlərində metro fərqli işləyəcək Bu gün, 13:48 Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib - SƏRƏNCAM Bu gün, 13:48 8 Noyabr - tarixə yazılan "Zəfər möhürü" - DİN-dən videoçarx Bu gün, 12:48 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib Bu gün, 12:48 Milli Qəhrəmanın səhhəti kəskin ağırlaşdı Bu gün, 12:48 Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub Bu gün, 12:48 İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub Bu gün, 12:48 Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48 Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi Bu gün, 00:48 "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi Bu gün, 00:48 Bərdənin raket atəşinə tutulmasından 6 il ötür Bu gün, 00:48 Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol Bu gün, 00:48 Ağdaşın bir sıra ərazilərində qaz kəsilib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR