8-08-2026, 16:48 0

Vaşinqton bəyannaməsinin iqtisadi dividendləri: Sabitlik və nəqliyyat-logistika sahəsində yeni üfüqlər yaranır

Ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında keçirilən zirvə görüşündə əldə olunan nəticələr təkcə rəsmi Bakı ilə İrəvan münasibətlərində sülh gündəliyinin irəliləməsi baxımından deyil, həm də Cənubi Qafqazın iqtisadi gələcəyi üçün yeni perspektivlər formalaşdırır. Siyasi dialoqun iqtisadi əməkdaşlıqla tamamlanması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsi, ticarətin canlanması və qarşılıqlı etimadın möhkəmlənməsi üçün yeni imkanlar yaradır. Bu baxımdan, Vaşinqton bəyannaməsi sülhün iqtisadi əsaslarının formalaşmasına xidmət edən mühüm addım kimi qiymətləndirilə bilər.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, Vaşinqton razılaşması Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması ilə yanaşı, eyni zamanda, region üçün ciddi iqtisadi dividendlər vəd edir.

Onun sözlərinə görə, bu anlaşmadan sonra Azərbaycan sülh gündəliyinə sadiq olaraq Ermənistana yanacaq məhsullarının ixracını həyata keçirib:

Vaşinqton bəyannaməsinin iqtisadi dividendləri: Sabitlik və nəqliyyat-logistika sahəsində yeni üfüqlər yaranır

"Eyni zamanda, Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan üzərindən Ermənistana daşınan bütün yüklərə olan məhdudiyyətlər aradan qaldırılıb. Bu, birmənalı şəkildə Azərbaycanın regiondakı sülh prosesinə töhfəsini nümayiş etdirirdi. Bu baxımdan, Azərbaycan sülh gündəliyinə sadiqdir və regionda iqtisadi əməkdaşlığı dəstəkləyir.

Prezident İlham Əliyev Şuşada keçirilən IV Qlobal Media Forumunda da qeyd etdi ki, beynəlxalq yükdaşımalar qonşu ölkələrin əlaqələrindən birbaşa asılıdır. Azərbaycan və Ermənistan arasındakı sülh regionda əməkdaşlığın formalaşması ilə yanaşı, digər tərəfdən, region üçün yeni iqtisadi imkanlar yaradır".

V.Bayramov əlavə edib ki, vacib məqamlardan biri Zəngəzur dəhlizinin reallaşması ilə bağlıdır:

Vaşinqton bəyannaməsinin iqtisadi dividendləri: Sabitlik və nəqliyyat-logistika sahəsində yeni üfüqlər yaranır

"Nəzərə alsaq ki, Ermənistan ərazisindən keçən hissə ("Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) - red.) Trampın təşəbbüsü ilə reallaşan infrastruktur layihəsidir. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək. Quru nəqliyyatının formalaşmasına imkan verəcək. TRIPP təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün iqtisadi dividendlər vəd edir. Kommunikasiyaların yenidən bərpa olunması bütövlükdə nəqliyyat-logistikanın ciddi şəkildə dəstəklənməsi anlamına gəlir".

Deputat vurğulayıb ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda keçirilən tarixi görüşdən sonra Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə qədəm qoyub:

"Həmin görüşün davamı kimi Bakıda təşkil edilən iqtisadi dialoqun nəticəsi olaraq imzalanan müqavilələr iki ölkə münasibətlərinin ənənəvi enerji tərəfdaşlığından strateji, şaxələndirilmiş və süni intellekt daxil olmaqla yüksək texnoloji iqtisadi müttəfiqliyə keçməsinə imkan yaratdı.

Strateji tərəfdaşlıq Azərbaycanın ABŞ-yə ixracının artmasını da stimullaşdırıb. 2026-cı ilin ilk beş ayında Azərbaycanın Birləşmiş Ştatlara ixracı 38 faiz artıb. Həmin müddətdə Azərbaycan okeanın o tayına 43.1 milyon dollar dəyərində mal ixrac edib. ABŞ-yə ixrac etdiyimiz məhsulların 90 faizi qeyri-neft-qaz məhsullarıdır. Bu isə ABŞ-nin Azərbaycanın qeyri neft-qaz ixracatında yeni bazarlardan birinə çevrilməsi deməkdir. İqtisadi dialoq çərçivəsində 7.5 milyard dollar dəyərində imzalanan müqavilələr isə ölkələr arasındakı iqtisadi münasibətlərin daha ünvanlı, yüksəksəviyyəli strateji tərəfdaşlığa çevrildiyindən xəbər verir. Bu əməkdaşlıq Azərbaycanda süni intellekt və rəqəmsal texnologiyanın inkişafı üçün yeni imkanlar yaradır. İmzalanan müqavilələr və eləcə də süni intellekt üzrə işçi qrupunun fəaliyyət göstərməsi təsdiq edir ki, ölkəmiz Birləşmiş Ştatlardan bu sahədə daha çox texnologiya və innovasiya transfer edə biləcək".

Vaşinqton bəyannaməsinin iqtisadi dividendləri: Sabitlik və nəqliyyat-logistika sahəsində yeni üfüqlər yaranır

Parlamentari bildirib ki, Azərbaycan və Ermənistan arasında da artıq ticarət formalaşmaqdadır:

"2026-cı ilin ilk yarısının yekunlarına əsasən, Azərbaycanın Ermənistana ixracının ümumi həcmi 17.1 milyon dollara çatıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin ilk beş ayında isə Azərbaycan ilə Ermənistan arasındakı ticarət dövriyyəsi 11 milyon 273 min dollar olub. Bu müddətdə dövriyyənin 11 milyon 272 min dollarını Azərbaycandan Ermənistana ixrac təşkil edib. Azərbaycana Ermənistandan cəmi min dollarlıq məhsul idxal olunub. Ticarətin strukturuna gəldikdə isə, rəsmi statistikaya əsasən, Ermənistandan min ədəd kəsilmiş təzə qızılgüllər idxal edilib. DSK-nın rəsmi hesabatında bu Ermənistandan idxal kimi qeyd olunur. Bununla belə, güman olunur ki, söhbət reeksportdan (yenidən ixrac - red.) gedir.

Azərbaycan isə bu ilin ilk beş ayında Ermənistana dizel yanacağı da daxil olmaqla ağır distillyatlar və qazoyllar (9 milyon 426 min dollar), mühərrik benzinləri (1 milyon 167 min dollar), tərkibində qurğuşunun miqdarı 0.013 q/l-dən çox olmayan, 95-dən az olan oktan ədədi ilə mühərrik benzinləri (672 min dollar) və inşaat detalları (6 min dollar) ixrac edib. DSK-nın təqdim etdiyi rəsmi rəqəmlərdən görünür ki, Ermənistana yanacaq ilə yanaşı, inşaat detalları da ixrac edilib. Rəsmi hesabatda bu malın kodu 392590, adı isə "başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən digər plastmas inşaat detalları" kimi qeyd olunub. Göründüyü kimi, Azərbaycan və Ermənistan arasında artıq ticarət formalaşmaqdadır. Təbii ki, Vaşinqton görüşündən sonra əldə edilən sülhün dayanıqlığını möhkəmləndirmək çox vacibdir. Bu isə Ermənistanda konstitusiya dəyişikliklərinin nə zaman reallaşacağından asılı olacaq. Sülh müqaviləsi sülhü institutlaşdıraraq daha dayanıqlı edə bilər".

Paylaş

Xəbər lenti

"Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib? Bu gün, 00:48 "Qarabağ"ı məğlub edən "Tvente"nin baş məşqçisi: "Rəqibi bütün həftə analiz etdik" Bu gün, 00:48 "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı Dünən, 23:48 Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır Dünən, 23:48 UEFA Konfrans Liqası: Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub Dünən, 23:48 Səmərqəndin simvolu mediaforum iştirakçılarına təqdim olunub Dünən, 23:48 Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi" Dünən, 23:48 Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib Dünən, 22:48 UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi Dünən, 22:48 Mehdiabad sakinlərinin işıq problemi: Kabel niyə yanır? Dünən, 22:48 Serbiyada "Balkan Boxing 11"də Azərbaycanı Rəhim Əliyev təmsil edəcək Dünən, 22:48 Aleksey İsayev: "15 dəqiqə ərzində dünya iki dəfə dayandı" Dünən, 22:48 Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitə yarışının ən yaxşı kişi idmançısı seçilib Dünən, 21:49 UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub Dünən, 21:49 Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb Dünən, 21:49 Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu" Dünən, 21:48 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente" ilə oyunda hesabı açdı Dünən, 21:48 Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib Dünən, 21:48 "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU Dünən, 21:48 Hövsanda açıq ərazidə yanğın baş verib Dünən, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Dünən, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Dünən, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Dünən, 20:48 İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Dünən, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Dünən, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Dünən, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Dünən, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Dünən, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Dünən, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Dünən, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Dünən, 18:48 44 yaşlı Dima Bilan baba oldu Dünən, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Dünən, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Dünən, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Dünən, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Dünən, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Dünən, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Dünən, 17:48 Sabah ilin son tutulması olacaq Dünən, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Dünən, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Dünən, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Dünən, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Dünən, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Dünən, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR