12-08-2026, 10:48 51

SOCAR-ın 2025-ci il üzrə Dayanıqlılıq Hesabatı dərc edilib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci il üzrə Dayanıqlılıq Hesabatını dərc edib.

AVESTA.AZ xəbər verir ki, şirkətin ətraf mühit, sosial, idarəetmə (ESG) və iqtisadi fəaliyyətinin nəticələrini əks etdirən hesabatda SOCAR-ın Azərbaycanda həyata keçirdiyi əməliyyatlar və xarici ölkələrdəki əsas fəaliyyətləri üzrə dayanıqlılıq göstəriciləri beynəlxalq hesabatlılıq tələblərinə uyğun, şəffaf, etibarlı və müqayisə oluna bilən şəkildə açıqlanır.

2025-ci il SOCAR-da dayanıqlılığın korporativ idarəetmə sisteminə inteqrasiyası baxımından mühüm mərhələ olub. Hesabat dövründə şirkətdə ilk dəfə İkiqat Əhəmiyyətlilik Qiymətləndirilməsi (Double Materiality Assessment) aparılıb. Qiymətləndirmənin nəticələrinə əsasən, iqlim dəyişikliyi, biznes etikası və çirklənmə SOCAR üçün ən əhəmiyyətli dayanıqlılıq mövzuları kimi müəyyən edilib. Bununla yanaşı, ESG məlumatlarının vahid rəqəmsal platforma vasitəsilə idarə olunmasını təmin edən "ESG Data Platforması" istifadəyə verilib ki, bu da məlumatların keyfiyyətini, izlənilə bilənliyini və hesabatlılıq prosesinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.

Hesabatda SOCAR-ın iqlim fəaliyyəti istiqamətində əldə etdiyi əsas nəticələr də öz əksini tapıb. Belə ki, SOCAR-ın 2025-ci ildə təsdiq olunan Dekarbonizasiya Yol Xəritəsində karbon və metan emissiyalarının azaldılması, elektrikləşdirmə, karbonun tutulması texnologiyalarının tətbiqi, enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi üzrə əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Hesabat ilində SOCAR-ın Azərbaycan üzrə əməliyyatlarında, əsasən SOCAR-ın "Azneft" İB-də sızmaların aşkarlanması və aradan qaldırılması proqramının (LDAR) həyata keçirilməsi nəticəsində təxminən 1 milyon ton CO₂ ekvivalenti həcmində istixana qazı emissiyası azaldılıb.

Şirkət hesabat dövründə dayanıqlı maliyyələşmə istiqamətində də mühüm addımlar atıb. SOCAR bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsini dəstəkləmək məqsədilə 200 milyon ABŞ dolları məbləğində Yaşıl İstiqrazlar buraxıb.

İnsan kapitalının inkişafı şirkətin əsas prioritetlərindən biri olaraq qalır. 2025-ci ildə Liderlik Akademiyası, Enerji Liderləri və Gənc İstedadlar proqramları da daxil olmaqla, əməkdaşların inkişaf məqsədilə bir sıra proqramlar həyata keçirilib. SOCAR Qrupun əməkdaşları üçün 1 milyondan çox təlim saatı təşkil olunub, Azərbaycan üzrə işçilərin bağlılıq göstəricisi 84 faiz, məmnunluq səviyyəsi isə 78 faiz təşkil edib. Eyni zamanda, hesabat ilində SOCAR Qrupunun sosial xərcləri 412 milyon manat olub.

Hesabatda SOCAR-ın yerli iqtisadiyyatın inkişafına verdiyi töhfə də öz əksini tapıb. 2025-ci ildə SOCAR-ın Azərbaycan Respublikası üzrə yerli təchizatçılara yönəldilən satınalma xərclərinin payı 82 faizdən 88 faizə yüksəlib. Bu nəticə yerli təchizat zəncirinin inkişafına, yerli bizneslərin dəstəklənməsinə və ölkə daxilində iqtisadi dəyərin artırılmasına SOCAR-ın davamlı töhfəsini əks etdirir.

Ümumilikdə hesabat SOCAR-da dayanıqlılığın korporativ idarəetmə, əməliyyat fəaliyyəti və strateji qərar qəbuletmə proseslərinə inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyətləri nümayiş etdirir.

Qeyd edək ki, GRI Standartlarına, o cümlədən GRI 11: Neft və Qaz Sektoru Standartına uyğun hazırlanan hesabat "Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi." şirkətinin ölkəmizdəki filialı tərəfindən müstəqil təminat yoxlamasından keçirilib. Hesabat hazırlanarkən BMT Qlobal Sazişi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM), SASB və Avropa Dayanıqlılıq Hesabatlılığı Standartlarının (ESRS) prinsipləri nəzərə alınıb.

Paylaş

Xəbər lenti

10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib? Bu gün, 00:48 Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu Dünən, 23:48 Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur Dünən, 23:48 Kaşuk aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim" Dünən, 23:48 Dünyanın ən böyük ərzaq ixracatçıları - SİYAHI Dünən, 23:48 Rusiya və Ukraynadan əsir mübadiləsi ilə bağlı razılıq Dünən, 22:48 Piyada keçidini zəbt etdilər, maneələri də sındırdılar Dünən, 22:48 "Sabah" basketbol komandası "Trabzonspor"u məğlub edib Dünən, 22:48 Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar Dünən, 22:48 Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır Dünən, 22:48 "JEK"lərin dövlətə xeyli borcu yaranıb - SƏBƏB Dünən, 21:48 Xəzər suitisi, çay guşəsi və interaktiv xəritə: COP31-də Azərbaycan pavilyonunda nələr var? Dünən, 21:48 Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər Dünən, 21:48 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu Dünən, 21:48 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur Dünən, 20:48 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı Dünən, 20:48 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb Dünən, 20:48 "Turan" klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb Dünən, 20:48 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi Dünən, 20:48 İlham Əliyev və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx Dünən, 20:48 Makron Paşinyanla görüşdü: Fransa-Ermənistan əlaqələri müzakirə olundu Dünən, 20:48 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır? Dünən, 19:48 Natiq Şirinovun üçüncü nəvəsi oldu Dünən, 19:48 Prezident İlham Əliyev Türkiyəyə səfər edib Dünən, 19:48 Artan ana ölümləri ilə bağlı ekspertdən çağırış: "Ciddi araşdırılmalıdır" Dünən, 19:48 İraqdan İran millisinə qadağa: Təyyarənin enişinə icazə verilmədi Dünən, 19:48 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı Dünən, 18:48 Cevdet Yılmaz: "Ərdoğanla Əliyevin görüşü yayılan dezinformasiyalara ən yaxşı cavab oldu" Dünən, 18:48 Pezeşkian niyə Pişəvəriyə bənzədilir? Dünən, 18:48 Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək Dünən, 18:48 Bunu edənlər 10 min manatadək CƏRİMƏLƏNƏCƏK Dünən, 17:48 Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb Dünən, 17:48 Sabiq məmur doğum günündə vəfat etdi Dünən, 17:48 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası Dünən, 17:48 Övlad evdən qaçır, valideyn səbəbi anlamır: Uşaqları ailədən nə uzaqlaşdırır? Dünən, 17:48 Bakıda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb Dünən, 16:48 Zelenski Donbasla bağlı qəti qərarını açıqladı: "Geri çəkilməyəcəyəm" Dünən, 16:48 Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar Dünən, 16:48 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ Dünən, 16:48 Balaca rəssamın böyük hədəfləri: Rzanın rəngli dünyasında nələr var? Dünən, 16:48 Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabidəki danışıqlarında fasilə elan edilib Dünən, 15:48 Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək Dünən, 15:48 Məşhur milyarderin çinli məşuqəsi casus çıxdı Dünən, 15:48 Polşanın Azərbaycana qarşı qərəzli materiallar yayan telekanalında korrupsiya qalmaqalı Dünən, 15:48 Azərbaycanda tanınmış aktyor VƏFAT ETDİ Dünən, 15:48 COP31 prezidenti Azərbaycanın beynəlxalq iqlim prosesinə verdiyi töhfəni qeyd edib Dünən, 15:48 Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib Dünən, 14:48 Aygün Kazımova Eminemlə duet oxuyacaq? Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR