
Astrologiyada riskdən qorxmayan, çətin vəziyyətlərdə geri çəkilməyən və öz qərarlarının arxasında dayanan bürclər müəyyən olunub.
Cəsur bürclərin siyahısını təqdim edirik:
Qoç – ən cəsur bürclərdən biridir. Riskə getməkdən çəkinmir, qarşısına çıxan maneələrlə mübarizə aparmağı sevir.
Şir – özünəinamı və liderlik xüsusiyyəti ilə seçilir. Çətin məqamlarda məsuliyyəti üzərinə götürməkdən qorxmur.
Əqrəb – təhlükəli və mürəkkəb vəziyyətlərdə soyuqqanlı qala bilir. Məqsədinə çatmaq üçün böyük risklərə gedə bilər.
Oxatan – macəra və yenilik axtarışındadır. Naməlum yerlərə getmək, yeni təcrübələr yaşamaq və risk etmək onun üçün maraqlıdır.
Dolça – başqalarının fikrindən asılı olmayaraq öz yolunu seçə bilir. Fərqli qərarlar verməkdən və yeniliklərə atılmaqdan qorxmur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.