
Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsində yaşayan sakinlər susuz qalıb.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Məsələ ilə bağlı ADSEA-dan sorğumuza cavab olaraq bildirilib ki, problemə səbəb xəttə baş verən qəza olub və artıq əraziyə suyun verilişinə başlanılıb:
"Qeyd etdiyiniz ərazidə içməli su xəttində qəza baş vermişdi. Sızıntı müvafiq sukanal idarəsinin qəza briqadası tərəfindən operativ surətdə aradan qaldırılıb. Suyun əvvəlki rejimlə verilməsinə başlanılıb. Hazırda xəttin doldurulması işləri həyata keçirilir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.