
Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində baş verən partlayış səbəbilə avqustun 14-də saat 03:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
AVESTA.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
"Sağ topuq nahiyəsinin amputasiyası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", məlumatda deyilir.
***13.08.2026 19:51
Kəlbəcər rayonunda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yayıb.
Bildirilib ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.
1953-cü il təvəllüdlü Tərtər rayonunun Qaynaq kənd sakini Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.