
Azərbaycana gətirilən bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkar edilib.
Bu barədə BAKU.WS-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi– 3-MCPD (3-monoxlorpropan1,2-diol) aşkarlanıb.
Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. O cümlədən, bir sıra ölkələrin müəyyən istehsalçılarına məxsus bitki yağı məhsullarının ölkə ərazisinə idxalına məhdudiyyətlər tətbiq edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.