
Misli Premyer Liqasında ilk turun açılış oyunu başa çatıb.
BAKU.WS xəbər verir ki, 2026/2027 mövsümünün ilk qarşılaşmasında "Turan Tovuz" doğma meydanda "Qəbələ" ilə üz-üzə gəlib.
Tovuz şəhər stadionunda keçirilən matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.
Görüşün taleyini 34-cü dəqiqədə Enrike Silvanın vurduğu qol müəyyənləşdirib.
***20:06
Misli Premyer Liqasının I turunda keçirilən "Turan Tovuz" - "Qəbələ" matçında hesab açılıb.
BAKU.WS xəbər verir ki, meydan sahiblərinin heyətində 34-cü dəqiqədə Enrike Silva fərqlənib - 1:0.
O, komandasının ilk qolunu vuraraq "Turan Tovuz"u hesabda önə keçirib.
***19:30
Misli Premyer Liqasının 2026/27 mövsümünün ilk turunda "Turan Tovuz" və "Qəbələ" komandaları arasında keçirilən qarşılaşma başlayıb.
BAKU.WS xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matç saat 19:30-da start götürüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.