15-08-2026, 14:48 0

Qırmızı və Yaşıl xətlərin ayrılması Bakının nəqliyyat mənzərəsini necə dəyişəcək?

Bu gündən "Bakı Metropoliteni" QSC Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, tikinti işləri zamanı "28 May-Nizami" stansiyaları arasında sərnişindaşıma dayandırılıb.

Bakının nəqliyyat mənzərəsinin dəyişməsi

Bu dövrdə "İçərişəhər" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunmaqla qatarlar "İçərişəhər–Əhmədli" marşrutu üzrə 2 dəqiqə 30 saniyəlik intervalla hərəkət edəcək ("Əhmədli–Həzi Aslanov" mənzilində təmir başa çatanadək məkik hərəkət üzrə mövcud interval saxlanılacaq).

Qatarlar "Dərnəgül–Nizami" marşrutu üzrə 3 dəqiqə 30 saniyəlik intervalla fəaliyyət göstərəcək.

"Cəfər Cabbarlı–Xətai" mənzilində isə məkik hərəkət rejimi dəyişməz qalacaq (interval 7 dəqiqə).

"Xocəsən–8 Noyabr" marşrutu üzrə 8 dəqiqəlik interval qüvvədə saxlanılacaq.

Qırmızı və Yaşıl xətlərin ayrılması Bakının nəqliyyat mənzərəsini necə dəyişəcək?

Qeyd edək ki, Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsində işlər təxminən 10-11 ay davam edəcək.

Tikinti işləri başa çatdıqdan sonra Qırmızı ("İçərişəhər–Həzi Aslanov") və Yaşıl ("Dərnəgül–Xətai") xətlər sərnişinlərə tam müstəqil infrastrukturla xidmət göstərəcək. Belə ki, Yaşıl xətt üzrə qatarların hərəkəti "Dərnəgül" stansiyasından başlayaraq "Cəfər Cabbarlı" vasitəsilə "Xətai" stansiyasına qədər davam edəcək və Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə olacaq.

Beləliklə, "Cəfər Cabbarlı-Xətai" sahəsində mövcud olan 8 dəqiqəlik gözləmə intervalı tarixə qovuşacaq. Növbəti mərhələdə Y-15 stansiyasına qədər tunellər və dönmə infrastrukturu tamamlandıqdan sonra isə Yaşıl xətt üzrə intervalın 2 dəqiqəyədək azaldılması mümkün olacaq.

Qırmızı xətt üzrə isə "İçərişəhər" dönmə kamerasının tikintisi davam edir və layihənin 2028-ci ilin ikinci yarısında tamamlanması planlaşdırılır. Bu infrastrukturlar tam istifadəyə verildikdən sonra hər iki xətt üzrə intervalların 2 dəqiqəyədək azaldılması mümkün olacaq.

Qırmızı və Yaşıl xətlərin ayrılması Bakının nəqliyyat mənzərəsini necə dəyişəcək?

Bəxtiyar Məmmədov

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a açıqlamasında vurğulayıb ki, xətlərin ayrılması bundan sonrakı dövr üçün "Bakı Metropoliteni"nin xidmət keyfiyyətinin artırılması, intervalların azaldılması, sərnişin sıxlığının aradan qaldırılması baxımından yeganə vacib layihə hesab olunur: "Artıq bu gündən etibarən Qırmızı xətt üzrə qatarlar "Həzi Aslanov" istiqamətində hərəkət edəcək. Yəni bu xətt üzrə qatarların hərəkətində heç bir dəyişiklik olmayacaq. "28 May" stansiyası normal funksional fəaliyyətini davam etdirəcək. Qatarların hərəkəti "Dərnəgül-Nizami" istiqamətində Yaşıl xətt üzrə təşkil olunacaq. Qırmızı xətt üzrə artıq Bakı Metropoliteni məhz xətlər ayrılaraq müstəqil fəaliyyətə başladığından ilk optimallaşdırma tədbirini də aparmaq artıq mümkün olub".

B. Məmmədov qeyd edib ki, "İçərişəhər" stansiyasında tətbiq edilmiş gücləndirmə mexanizmləri, xətt üzrə bir sıra optimallaşdırma tədbirləri, həmçinin əlavə İçərişəhər stansiyasında ehtiyat maşinistlərin ayrılması ilə stansiyanın qatarları aha daha operativ tərk etməsi təmin olunub: "Nəticədə artıq interval 3 dəqiqə 30 deyil, 2 dəqiqə 30 saniyə olmaqla təmin edilir. Hazırda yaşıl xətt üzrə Dərnəgül-Nizami stansiyaları arasında interval 3 dəqiqə 30 saniyə olsa da, Bakı Metropoliteni bu istiqamətdə də ilk optimallaşdırma tədbirlərini həyata keçirmək istiqamətində təhlillərə başlayıb və yaxın vaxtlarda bu istiqamətdə də ilk müsbət dəyişiklik olaraq intervalın azaldılması, qismən də olsa azaldılması istiqamətində tədbirlər görüləcək".

Onun sözlərinə görə, əsas hədəflərdən biri intervalların azaldılmasıdır: "Lakin buna qədər "Bakı Metropoliteni"ndə 7 mühüm layihə həyata keçirilməlidir. Onlardan biri artıq yekunlaşmış hesab olunur. Yəni Dərnəgül elektrik deposu birinci mərhələdə istismara verilib. İkinci vacib məqam 200 metrə yaxın tunelin tikintisidir. "28 May-Nizami" stansiyaları arasında hərəkətin dayandırılmasına səbəbi də budur. İki tunelin 39 metrə yaxın hissəsi artıq qazılıb və həmin mərhələ artıq tuneldə hərəkət olan sahəyə qədər çatıb. Bu səbəbdən qarşıdakı dövrdə də qalan hissənin 11 ay ərzində inşa edilərək başa çatdırılması nəzərdə tutulub. Yaxın vaxtlarda xətlərin ayrılması layihəsi üzrə daha bir tədbir tamamlanacaq. "28 May-Cəfər Cabbarlı" stansiyaları arasında piyada pilləkəni sentyabr ayının sonlarına qədər istifadəyə veriləcək. Bu isə o deməkdir ki, xətlər tam ayrıldıqdan sonra qatarlar "Dərnəgül", "Nizami", "Cəfər Cabbarlı" xətti istiqamətində yaşıl xətt üzrə hərəkət edəcək və sərnişinlər bir xətdən digər xəttə 28 May Cəfər Cabbarlı stansiyalarından istifadə edəcəklər. Bu piyada pilləkəni isə həmin sahədə axınların toqquşmasının qarşısını alaraq minimallaşdıracaq".

Qırmızı və Yaşıl xətlərin ayrılması Bakının nəqliyyat mənzərəsini necə dəyişəcək?

B.Məmmədov vurğulayıb ki, bu layihə təkcə "Bakı Metropoliteni"ndə deyil, paytaxtda nəqliyyat düyünlərinin açılması istiqamətində mühüm addımdır: "Çünki bu layihə şəhərdə sıxlığın azaldılması, dayanıqlılıq, mobilliyin artırılması, şəhər nəqliyyatının optimallaşdırılması, təkmilləşdirilməsi və tənzimlənməsi, Bakı şəhərində nəqliyyat mənzərəsinin tamamilə dəyişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".

Əsas məqsəd gediş sayını minimuma endirməkdir

Bu məqamda qeyd edək ki, "28 May–Nizami" stansiyaları arasında sərnişindaşıma dayandırıldığına görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayıb.

Yeni ekspres marşrutlar bu stansiyalar arasında fəaliyyət göstərir:

M1 – metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları;

M2 – metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları;

M3 – metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları;

M4 – metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları;

M5 – metronun "20 Yanvar" və "Gənclik" stansiyaları;

M6 – metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları.

Bundan başqa, 20 müntəzəm marşrutda (2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199, 202 nömrəli) avtobusların sayının artırılması həyata keçiriləcək.

Qırmızı və Yaşıl xətlərin ayrılması Bakının nəqliyyat mənzərəsini necə dəyişəcək?

Tural Orucov

AYNA avqustun 13-dən isə "28 May" Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil edib. Belə ki, 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların isə Puşkin küçəsində təyin edilib.

Bununla bağlı AYNA vətəndaşlara müraciət edib. Belə ki, qurumun mətbuat katibi "Report"a açıqlamasında qeyd edib ki, vətəndaşlar səfərlərini planlaşdıran zaman istiqamətləri öncədən müəyyən etsin və bu ekspress marşrut xətlərinin imkanlarından düzgün yararlansınlar: "Əsas məqsədimiz isə insanların gediş sayını minimuma endirməkdir".

Onun sözlərinə görə, vətəndaşlara yardım göstərmək məqsədilə bu gündən nəqliyyat könüllüləri də fəaliyyətə başlayıb: "Onlar "20 Yanvar", "Elmlər Akademiyası", "İnşaatçılar" və "28 May" metostansiyalarının qarşısında vətəndaşları məlumatlandırırlar".

Paylaş

Xəbər lenti

"Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib? Bu gün, 00:48 "Qarabağ"ı məğlub edən "Tvente"nin baş məşqçisi: "Rəqibi bütün həftə analiz etdik" Bu gün, 00:48 "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı Dünən, 23:48 Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır Dünən, 23:48 UEFA Konfrans Liqası: Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub Dünən, 23:48 Səmərqəndin simvolu mediaforum iştirakçılarına təqdim olunub Dünən, 23:48 Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi" Dünən, 23:48 Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib Dünən, 22:48 UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi Dünən, 22:48 Mehdiabad sakinlərinin işıq problemi: Kabel niyə yanır? Dünən, 22:48 Serbiyada "Balkan Boxing 11"də Azərbaycanı Rəhim Əliyev təmsil edəcək Dünən, 22:48 Aleksey İsayev: "15 dəqiqə ərzində dünya iki dəfə dayandı" Dünən, 22:48 Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitə yarışının ən yaxşı kişi idmançısı seçilib Dünən, 21:49 UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub Dünən, 21:49 Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb Dünən, 21:49 Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu" Dünən, 21:48 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente" ilə oyunda hesabı açdı Dünən, 21:48 Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib Dünən, 21:48 "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU Dünən, 21:48 Hövsanda açıq ərazidə yanğın baş verib Dünən, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Dünən, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Dünən, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Dünən, 20:48 İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Dünən, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Dünən, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Dünən, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Dünən, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Dünən, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Dünən, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Dünən, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Dünən, 18:48 44 yaşlı Dima Bilan baba oldu Dünən, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Dünən, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Dünən, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Dünən, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Dünən, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Dünən, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Dünən, 17:48 Sabah ilin son tutulması olacaq Dünən, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Dünən, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Dünən, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Dünən, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Dünən, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Dünən, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR