17-08-2026, 22:48 0

Moskva öz ampluasında: Başını itirən Rusiya

Azərbaycan Baş prokurorluğu Rusiya vətəndaşları - "Moskva 24" telekanalının aparıcısı, jurnalist İvan Knyazev, özünü Rusiya Federasiyasında siyasi məsləhətçi və media eksperti kimi təqdim edən Semyon Uralov, eyni zamanda televiziya müxbiri kimi fəaliyyət göstərən, Rusiya Federasiyası nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev barəsində İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışın təşkili istiqamətində zəruri tədbirlərin görüldüyü barədə məlumat yayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, adıçəkilən şəxslər Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışlarda ittiham edilirlər.

Həmin şəxslər barəsində cinayət işi başlansa da, ölkəmizin hüdudlarından kənarda olduqları nəzərə alınaraq, onlar barəsində axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Məsələnin mahiyyəti adıçəkilən şəxslərin 2026-cı ilin iyulun 14-ü və avqustun 13-də "YouTube" platformasında "Семён Уралов" adlı kanalda yayımlanan "Чистота понимания" verilişində Azərbaycana qarşı zorakı üsulların tətbiq edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək terrorçuluğa açıq çağırışlar etmələrindədir.

Dörd il yarımdır Rusiya-Ukrayna müharibəsində buynuzları və dişləri sınan velikorus şovinistləri revanşı keçmiş SSRİ-nin digər respublikaları və onların dövlət başçılarından almaq niyyətində olduqlarını gizlətmək istəmədiklərini veriliş boyu nümayiş etdirirlər.

Keçmiş imperiyanın nostaljisi ilə yaşayan bu tip şəxslərin gətirdikləri absurd arqumentlərə bəlkə də fikir verməmək olardı. Belə ki, proqramda jurnalist-ekspert kimi iştirak edənlər Rusiyada bu qisimdə fəaliyyət göstərən yüzlərlə boşboğazlardan biridirlər. Amma verilişdə olanlardan birinin Rusiyanın rəsmi şəxsi olduğunu, daha konkret desək nəqliyyat nazirinin müşavirinin olmasını nəzərə aldıqda, demək olar ki, ya həmin şəxs nə dediyini bilmir, ya da orada səslənən fikirlər heç də təkcə həmin fərdlərin beyinlərinin məhsulu deyil və Kremlin hansısa qülləsinin rəsmən ifadə edə bilmədiyi fikirlərdir.

Verilişdə deyilənləri qısaca icmal etsək qeyd edə bilərik ki, iştirakçılar Ukrayna ilə normal münasibət saxlayan keçmiş post-sovet məkanına daxil olan ölkələrin dövlət başçılarının buna görə cəzalandırılmalı olduqlarını bildirirlər və Rusiya ilə hansısa danışıqların pozulduğunu bəyan edirlər. Hüququ çərçivə kimi isə "ekspertlər" dövlət başçılarının keçmiş SSRİ dövründə anadan olduqlarını və ona görə də olmayan dövlətin qanunlarına tabe olmalı olduqlarını bəyan ediblər. Bu şəxslər hesab edirlər ki, Rusiyanın post-sovet məkanında istənilən şəxsin özünün qanunlarına uyğun mühakimə etməyə ixtiyarı var.

Ən gülməlisi isə Rusiyada ədalət məhkəməsinin olduğunu iddia etməkdir. Bu ölkədə məhkəmənin ədalətinə Yekaterinburqda azərbaycanlıların başına açılan oyundan sonra inanan ancaq həddən artıq sadəlövh insan ola bilər. Yaxud da, elə bu yaxınlarda seçkilərdə qeydə alınan "Yabloko" partiyasının müharibə əleyhinə şüarlarla çıxış etməsindən sonra absurd arqumentlərlə qeydiyyatının ləğv olunması Rusiyada məhkəmə və ədalət ifadələrinin biri-birinə tam əks olduğunu nümayiş etdirdi.

Rusiyanın dövlət rəhbərliyinin Haaqa Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilməsi faktını yaddan çıxaran bu tip ekspertlər post-sovet məkanına daxil olan dövlətlərin başçılarını təqib etmək kimi hüquqa malik olduqlarını iddia edirlər.

SSRİ-nin 30 ildən çoxdur dağılmasına baxmayaraq, Rusiyada bir sıra insanlar hələ də hesab edirlər ki, bu məcburi ittifaqa daxil olmuş, hazırda müstəqilliklərini bərpa edən dövlətlər bütün strateji addımlarını Kremllə razılaşdırmalı, daxili və xarici siyasətlərini onlarla uzlaşdırmalı, necə yaşamalı olduqlarını, hansı kursu seçmələrini məsləhətləşməli, kiminlə dostluq etməli olduqlarını Moskvadan icazə almalıdırlar.

Ukrayna torpaqlarında güclü, nəhəng dövlət mifini itirən, son 26 ildə dünyada qazandığı siyasi və iqtisadi mövqeləri qısa müddətdə əldən verən, beynəlxalq aləmdə təcrid edilmiş ölkələri özünə strateji əməkdaş bilən dövlətin vətəndaşları olan bu ekspertlər hələ də anlamaq qabiliyyətində deyillər ki, indi 1920-ci il deyil. O dövrün üzərindən 100 il keçib və bu əsr ərzində Rusiyanın özünün arxa bağçası hesab etdiyi ölkələr müstəqil xarici siyasət yürüdüb, heç kimdən icazə almadan dostluq etmək istədikləri dövlətləri seçə bilərlər.

Azərbaycana gəldikdə isə, yürüdülən prinsipial xarici siyasət Moskvanın bəyənib-bəyənmədiyindən asılı olmayaraq dövlətin, xalqın maraqlarına uyğun, beynəlxalq prinsiplərə əsasında və ən əsası ədalət meyarlarına əsaslanıb. Məhz bu səbəblərdən rəsmi Bakı Krımı Rusiya tərəfindən ilhaq olunan ərazi, Ukraynanın Rusiya ordusunun tapdağı altında olduğu ərazilər isə işğal olunan torpaqlar kimi qəbul edir.

Yuxarıda adıçəkilən şəxslər isə studiyada özlərini çox rahat, mühafizə olunan hiss etsələr də, onların xalq dilində desək yekəxanalığı Rusiyanın sərhədlərini keçəndən sonra yoxa çıxacaq, çünki artıq qeyd edildiyi kimi Azərbaycanın Baş prokurorluğu tərəfindən onlar beynəlxalq axtarışa veriliblər.

Paylaş

Xəbər lenti

"Deməli, istədiyi sürətlə sürə bilər" - Salyanda yol niyə sakinlərin kabusuna çevrilib? Bu gün, 00:48 "Qarabağ"ı məğlub edən "Tvente"nin baş məşqçisi: "Rəqibi bütün həftə analiz etdik" Bu gün, 00:48 "Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırdı Dünən, 23:48 Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır Dünən, 23:48 UEFA Konfrans Liqası: Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub Dünən, 23:48 Səmərqəndin simvolu mediaforum iştirakçılarına təqdim olunub Dünən, 23:48 Qurban Qurbanov məğlubiyyətdən danışdı: "Hücum xəttimizdə çatışmazlıqlar var idi" Dünən, 23:48 Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib Dünən, 22:48 UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi Dünən, 22:48 Mehdiabad sakinlərinin işıq problemi: Kabel niyə yanır? Dünən, 22:48 Serbiyada "Balkan Boxing 11"də Azərbaycanı Rəhim Əliyev təmsil edəcək Dünən, 22:48 Aleksey İsayev: "15 dəqiqə ərzində dünya iki dəfə dayandı" Dünən, 22:48 Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev qitə yarışının ən yaxşı kişi idmançısı seçilib Dünən, 21:49 UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub Dünən, 21:49 Azərbaycan pambıq parça istehsalını 5 %-dən çox artırıb Dünən, 21:49 Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionu oldu" Dünən, 21:48 UEFA Konfrans Liqası: "Qarabağ" "Tvente" ilə oyunda hesabı açdı Dünən, 21:48 Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib Dünən, 21:48 "Qarabağ"ın yeni transferləri ictimaiyyətə TƏQDİM OLUNDU Dünən, 21:48 Hövsanda açıq ərazidə yanğın baş verib Dünən, 20:48 Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olunub Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu başladı Dünən, 20:48 İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib Dünən, 20:48 Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib Dünən, 20:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə üz-üzə gələcək Dünən, 20:48 İsveç HHM-in gücləndirilməsi üçün Ukraynaya növbəti yardım paketi ayıracaq Dünən, 20:48 UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" matçının start heyətləri AÇIQLANDI Dünən, 19:48 Azərbaycan investisiyalarının Tacikistana cəlb edilməsi müzakirə edilib Dünən, 19:48 Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub Dünən, 19:48 Pezeşkian: İran beynəlxalq arenada sülhsevər yanaşmaya malikdir Dünən, 19:48 Suriya və Səudiyyə Ərəbistanı birgə bank yaradacaq Dünən, 19:48 Marianxeles Belluşi Mehriban Əliyevanı təbrik edib Dünən, 19:48 Göygöldə örüş sahələri qanunsuz zəbt edilib? - İcra hakimiyyətindən REAKSİYA Dünən, 19:48 Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? Dünən, 18:48 44 yaşlı Dima Bilan baba oldu Dünən, 18:48 Britaniyalı şəhərsalma mütəxəssisi Şuşada Baş planın icrası haqqında danışıb Dünən, 18:48 Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib Dünən, 18:48 Paytaxtda 18 istiqamətdə sıxlıq müşahidə olunur Dünən, 18:48 Sabah Ağstafa, Gədəbəy və Tovuzun bir hissəsində qaz olmayacaq Dünən, 18:48 Böyük Dəbilqə: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub Dünən, 18:48 Elxan Şirinov: "Səsin və bədən quruluşun bunu dəstəkləyirsə oxuya bilərsən" Dünən, 17:48 Sabah ilin son tutulması olacaq Dünən, 17:48 Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb Dünən, 17:48 Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA Dünən, 17:48 Nepalda daşqınlarda ölənlərin sayı 359-a çatdı, 1300 nəfər itkindir Dünən, 17:48 Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı Dünən, 17:48 TƏBİB rəhbəri baş həkimi işdən azad etdi Dünən, 17:48 SOCAR Çin İxrac-İdxal Bankı ilə emal sənayesində əməkdaşlığı müzakirə edib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR