
ABŞ lideri Donald Tramp bildirib ki, hazırda Birləşmiş Ştatlar İran tərəfi ilə heç bir dialoq aparmır və gələcəkdə də belə bir plan nəzərdə tutulmayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Donald Tramp özünün "Truth Social" hesabında paylaşım edib.
"İran İslam Respublikası ilə heç bir təmas və ya dialoq qurulmur və bu, nəzərdə də tutulmayıb. Dəniz blokadası tam gücü ilə qüvvədədir. Hörmüz boğazı açıqdır və fəaliyyət göstərir. Bütün minalar təmizlənib və ya zərərsizləşdirilib", - deyə ABŞ lideri bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.